Düşmən İran ərazisinə raket atmaqla hansə məqsədlər güdür?

Ermənistan Azərbaycanın şanlı ordusundan qurtulmaq üçün «it kimi qovulduqları» ərazilərdən qardaş İranın ərazilərinə raket zərbələri endirir. İran dinc yaşamaq prinsipini əsas tutaraq ermənilərin bu hərəkətlərini hələlik cavabsız qoymağa üstünlük verir. Çox güman ki, erməni faşizmi Rusiyanı münaqişəyə cəlb etmə Soros sifarişini yerinə yetirə bilmədiyinə görə Soros İranı hədəf seçib.

Düşmən ölkə raket atdığı ərazilərdə Azərbaycan türklərinin və eyni məzhəbdən olan İran müsəlmanlarının yaşadığını yaxşı bildiyinə görə bu işi məmnuniyyətlə görür.

İran hökuməti bəyan edib ki, Dağlıq Qarabağdakı münaqişə tərəflərinin ərazilərinə təkrar hücumlarına dözməyəcək.

Bu sözləri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə söyləyib.

“İran bu cür hücumların təkrarlanmasına laqeyd qalmayacaq”, —  İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfində verilən açıqlamada qeyd olunur. Diplomat əlavə edib ki, sərhəd bölgələrində yaşayan İran vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ölkənin silahlı qüvvələri üçün prioritet təşkil edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atdığı iki raket İran ərazisinə düşüb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •