Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbriklər gəlir

****Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə xalqı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabından Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

****Ərdoğan Azərbaycanı təbrik edib

Ərdoğan Azərbaycanı təbrik edib

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr — Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr — Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.



****Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı 18 Oktyabr — Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

Təbrik mətni səfirliyin feysbuk səhifəsində dərc olunub.

«Oktyabrın 18-i dünya azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən ayrılması ilə bağlı «Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur. Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!», — məlumatda qeyd olunub.

****Pakistan Azərbaycanı təbrik edib – Müstəqilliyiniz Mübarək!

Pakistanın Baş Naziri İmran Xan Azərbaycan xalqını Dövlət Müstəqiliiyi Günü münasibətilə təbrik edib.

Baş Nazir bununla bağlı “Twittet” səhifəsində paylaşım edib:

“Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”.

****Türk Şurası Azərbaycanı təbrik edib – Müstəqilliyiniz mübarək!

“Türk Şurasına sədrlik edən və qurucu üzv dövlətimiz olan Azərbaycan Respublikasının Müstəqillik Gününü təbrik edirik”.

Türk Şurasının sədri Bağdad Amreyevin təbrik mətni qurumun rəsmi saytında dərc olunub. “Bu vəsilə ilə qardaş Azərbaycan xalqına və hökumətinə ürəkdən təbriklərimizi çatdırmaqdan qürur duyuram.

Azərbaycan Respublikası Ali Şurası tərəfindən 1991-ci ilin oktyabrın 18-i qəbul edilən, 1918-1920-ci illəri arasında mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin xələfi olaraq Azərbaycan Respublikasının müstəqilliyini bütün dünyaya elan edən Dövlətin Müstəqilliyinə dair konstitusion qanun, qardaş Azərbaycan xalqının taleyində böyük tarixi önəmə sahibdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında 29 illik müstəqillik dövründə Azərbaycanın bölgəmizdə sabitlik və sülh qüvvəsi halına gələrək siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi böyük irəliləyişlərə qürurla şahid oluruq.

Azərbaycan Respublikası Türk Şurası çərçivəsində əhəmiyyətli rol oynayır: Türk Şurasının təsis sənədi Naxçıvanda imzalanıb, təşkilatımızın quruluşunun 10-cu ildönümünə təsadüf edən Türk Şurasının 7-ci zirvəsinə Azərbaycan uğurla ev sahibliyi edib və COVID-19 pandemiyasına qarşı tədbirləri əhatə etmək üçün Türk Şurası Fövqəladə Zirvəsi yenə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib.

Azərbaycan millətinin tarixinin bu önəmli dövründə qardaş Azərbaycan xalqının yanında olduğumuzu bir daha qeyd edir, Azərbaycan Respublikasının beynəlxalq olaraq tanınan ərazi bütövlüyünü yenidən bərpa etmək və bu ərazilər üzərindəki suverenliyini təmin etmək üçün beynəlxalq hüquqa müvafiq olaraq yürütdüyü legitim mübarizəsinə dəstəyimizi bildiririk.

Qardaş Azərbaycanın şanlı bayrağının azad edilmiş qədim torpaqlarında dalğalanacağına olan inancımı ifadə edərək bu əlamətdar gün vəsiləsi ilə bir daha səmimi-qəlbdən təbriklərimi çatdırır, Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq dolu bir gələcək diləyirəm.

Müstəqillik Gününüz mübarək olsun!”, – qeyd olunub.

****Türkiyə Milli Müdafiə Nazirliyi tvitterdə Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib


Türkiyə MN: “Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq”

Təbrik mətnində aşağıdakılar qeyd edilib: “Qardaşımız, Canımız Azərbaycanımız… Müstəqillik Gününüz mübarək olsun.

Dağlıq Qarabağı Ermənistan işğalından azad etmək üçün yürütdüyü hərəkatda qardaşlarınız olaraq yanınızdayıq və hər zaman da yanınızda olacağıq. Bir millət iki dövlət olaraq əbədi birgə qalacağıq”, — qeyd olunub.

****Qazaxıstan XİN Azərbaycan xalqını təbrik etdi

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

 APA-ya istinadən xəbər verir ki, təbrikdə aşağıdakılar deyilir:

“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik. Tərəqqi və firavanlıq arzu edirik!”

****Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın Müstəqillik Günü mübarəkdir.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi “Twitter” hesabında etdiyi paylaşımda yazıb.

“18 Oktyabr Müstəqillik Günü münasibətilə qardaş Azərbaycanı ürəkdən təbrik edirəm” – deyə Mövlud Çavuşoğlu qeyd edib.

***“İsrail səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir, onlara cansağlığı, əmin-amanlıq və firavanlıq diləyir”.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin «Twitter» hesabında qeyd olunub.

***Gürcüstanın Baş Naziri Azərbaycanın Baş Nazirini təbrik edib

Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən bildirilib ki, məktubda qeyd olunur: «Gürcüstan hökuməti və şəxsən öz adımdan Sizi Azərbaycanın Müstəqilliyi günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •