Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib.

45 yaşlı hərbçinin adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı itkilər siyahısında olub.

Qeyd edək ki, Ermənistan KİV-də gedən məlumata görə, V. Vaskovski aviasiya qoşunu hissəsinin komandir müavini kimi xidmət edib.

Bu xəbəri paylaşın: