“Terrorçu və uşaq qatili…” – İranda Azərbaycana dəstək aksiyası

İranın Rəşt şəhərində yaşayan türklər Tehranın işğalçı Ermənistana yardım göstərməsinə etiraz edərək, bu prosesin dayandırılmasını tələb ediblər.

Teleqraf.com xəbər verir ki, Gilan əyalətinin Mədəniyyət İdarəsinin qarşısında toplaşan türklər ermənilərin Azərbaycanın mülki əhalisini hədəf alaraq törətdikləri cinayətləri pisləməklə yanaşı, İranın işğalçı Ermənistana dəstək verməsinə də etirazlarını bildiriblər.

Rəştli milli fəallar aksiyada “Terrorçu və uşaq qatili olan Ermənistan dövlətinə dəstəyi dayandırın!”, “Erməniyə kömək cinayətdir, cinayət!”, “İşğalçı və uşaq qatili Ermənistanın cinayətlərini qınayırıq!”, “Azərbaycan müsəlmanlarının ermənilər tərəfindən soyqırıma məruz qalmasını qınayırıq!” və “Qurana and olsun, hər bir müsəlmanın sükutu xəyanətdir!” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •