CƏBHƏ GÜNDƏLİYİ — 19. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. 

AZƏRTAC videomüsahibəni təqdim edib. Müsahibə əsasında Prezident deyib: «Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik.» 

***»Ermənistana ölümsaçan silahlar çatdırılır» — İlham Əliyev

“Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”.

Bu sözləri Prezident İlham Əliyev “TASS” informasiya agentliyinə videomüsahibəsində deyib. Dövlət başçısı bildirib:

“Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, – yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir”.

*** Prezident İlham Əliyev: 

«Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür» Dövlətimizin başçısı deyib: “Onların gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var”.

 ***Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur 

Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq.

Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazilərdə kanalların yenidən qurulması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi şirkətin seçilməsi nəzərdə tutulub. Bunun üçün isə açıq tender elan edilib.

***Ata-bala quldurlar cəhənnəmə yolçu edildilər 

19 oktyabrda Ermənistanın Armavir vilayətinin Canfid kənd qəbiristanlığında keçmiş deputat, “Qara bəbir” dəstəsinin komandiri Rüstəm Qasparyan və böyük oğlu Rafael Qasparyan dəfn edilib. 

59 yaşlı Rüstəm Qasparyan müharibənin ikinci günü oğlu ilə birlikdə cəbhəyə yollanıb. Mənbə bildirir ki, 16 oktyabrda Azərbaycan ordusunun PUA-sı Qasparyanların olduğu avtomobili vurub.

Keçmiş deputatın 29 yaşlı oğlu yerindəcə ölüb, özü də başından yaralanıb. Hazırda hər ikisi cəhənnəmə yolçu edilib.

***Ermənilər bu hərbi texnikalarını qoyub qaçırlar

Azərbaycan Silahlı Qüvvələri ermənilərin döyüş meydanında atıb qaçdığı daha bir neçə hərbi zireh və texnikaları ələ keçirib.

Əsgərlərimiz həmin texnikaları döyüş bölgəsindən çıxararaq müvafiq yerə təhvil veriblər.***MN: Ermənilər Tərtər və Ağdam rayonlarını atəşə tutur 

Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

***Hikmət Hacıyev: “Əsgərlərimiz Füzulidə bayraq asmağa salamat bina tapmırdılar” 

“İlk olaraq onu qeyd edim ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır”.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, qarşı tərəf bizi Xankəndini bombalamaqda ittiham edir: “Xankəndiyə gəldikdə isə orada Ermənistan ordusunun 2-3 əsas bazası, həmçinin əsas raket sistemləri yerləşir. Biz Ermənistanın Müdafiə Nazirliyinə Azərbaycanın mülki əhalisini hədəfə almaqdan çəkinmələri üçün xəbərdarlıq etmişdik. Xüsusilə, bundan sonra onlar mülki əhaliyə qarşı hücumlara başladılar. 

Bundan əlavə, burada mülki əhalidəki itki ilə bağlı rəqəmlərə baxmaq lazımdır. Onlar tərəfdən və biz tərəfdən mülki itkilərin sayına baxın və müqayisə edin. Bu yaxınlarda işğaldan azad etdiyimiz Hadruta baxsanız, orada 1-2 yüngül dağıntıdan başqa mülki binalara zərər dəymədiyini görə bilərsiniz. Ancaq bizim işğaldan azad etdiyimiz Füzuli və Cəbrayıl rayonlarında ermənilərin nə cür dağıntılar etdiyini videolarda hər kəs görə bilər. Xüsusilə Füzuli şəhərində əsgərlərimiz bayraq asmaq üçün bir dənə salamat bina tapa bilmirdilər”. 

***Ermənilər Tərtər pambıq zavodunu vurdu 

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.


Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Bu gün günorta saatlarında düşmən Tərtərin Qaraqoyunlu kəndi ərazisində yerləşən pambıq zavodunu atəşə tutub.


Nəticədə zavodda güclü yanğın başlayıb.

***Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama 

«Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb».

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib:

«Azərbaycanda olan iki yaralı erməni əsərinə Azərbaycan Respublikası Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək həmin yaralılara da lazımi tibbi yardım göstərildi. Eyni zamanda onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər».

***İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ 

İran rəsmiləri ölkə ərazisinin atəşə tutulması ilə bağlı növbəti dəfə Ermənistan xəbərdarlıq ediblər. İran XİN-nin mətbuat katibi Səid Xətibzadə Qarabağda gedən döyüşlər zamanı ölkə ərazisinə mərmilərin düşdüyünü və bununla bağlı münaqişə tərəflərinə xəbərdarlıq etdiklərini söyləyib.

«Vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün qırmızı xətdir. Ordumuz lazımlı xəbərdarlıqları edərək qarşı tərəfin izahatını dinləyib. Biz İran ərazisinə istənilən, o cümlədən səhv nəticəsində edilən hücuma cavab verəcəyik».

***MN: Düşmən dinc əhalidən sipər kimi istifadə edir 

Hazırda cəbhə boyu ərazidə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır”.

Bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Univsersitetində diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç zaman dinc ermənilərə qarşı hər hansı hücum edilməyib: “Lakin Ermənistan tərəfi bunun tam əksini edir. Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Gəncədə baş verənlər tarix kitablarına düşəcək”.

***Tərtərin pambıq zavodunda düşmən atəşi nəticəsində yanğın başlayıb 

Bu gün Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda pambıq emalı zavoduna raket zərbələri endirməsi yanğına səbəb olub. Baku TV-nin ərazidə olan müxbirinin verdiyi məlumata görə, hazırda zavodda böyük miqyaslı yanğın davam edir.

Hazırda yanğının qarşısının alınması üçün işlər görülür.

***“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Bu barədəMüdafiə Nazirliyindən məlumat verilib.

***“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb” — Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın işğaldan azad olunan əraziləri barədə paylaşım edib. Nazirliyin “Twitter” səhifəsində bununla bağlı mesaj yerləşdirilib.

“Atəşkəsə baxmayaraq mülki insanlara hücum edən Ermənistana qəhrəman Azərbaycan Ordusu cavab verməyə davam edir. Tutulan 13 kəndlə birlikdə işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”.

***Ermənistan ordusu döyüş bölgəsində «maneken»lərdən istifadə edir 

Ermənistan ordusu Dağlıq Qarabağda münaqişə zonasında düşdüyü çətin vəziyyətdən manekenlər vasitəsilə çıxmağa çalışır.

Bununla bağlı fotoqraf Dilan Kollinz «Instagram»da material yerləşdirib. Fotoda erməni hərbi forması geydirilmiş manekenin qurşağa kimi torpağa basdırıldığı görünür.

Qeyd olunur ki, bu manekenlər erməni əsgərlərdən fərqli olaraq döyüş meydanından qaçmayacaq.

***Telefonyanın yeni sərsəmləməsi

Ermənistanın Baş naziri Nikol Paşinyan yenə sərsəmləyib və bununla da iç üzünü açıb.

O, müsahibəsində digər ölkələrin münaqişəyə cəlb edilməsi ilə bağlı öz məkirli planını açıq şəkildə ortaya qoyub.

O, mənfur ideyasını Rusiya rəhbərliyinə və ictimaiyyətinə belə sırımağa çalışır: “Dağlıq Qarabağda müharibədə iştirak edən Suriya terror qruplaşmasının silahlıları Rusiya üçün ciddi təhlükə yaradır və bu səbəbdən də Moskvanın bu vəziyyətə reaksiya göstərmək üçün qanuni haqqı və səbəbi var”.

***Rus müxbir İrəvanda hər kəsin yas içində olduğunu yazdı 

Qarabağ müharibələri qurbanlarının dəfn olunduğu “Yeralbur” xatirə kompleksi neçə gündür anaların göz yaşları ilə yuyulur.

Təkcə bazar günü Qarabağda ölən daha 19 hərbçinin cəsədi burada dəfn edilib. Hər gün fəxri qarovul dəstəsi ölənləri çiyinlərində xiyaban boyunca yeni qazılmış qəbirlərə doğru aparır. Hamı yas içindədir”, – müxbir bildirib.

***Qarşıla Mamed, Paşinyan sizə arvad da göndərir

Bu günlərdə Ermənistan rəhbərliyi ordu sıralarında yaranan əsgər çatışmazlığını aradan qaldırmaq üçün qadınların xidmətindən istifadə etməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da təsdiqləyib ki, artıq qadınlardan ibarət 100 nəfərlik batalyon yaradılıb. 

***Atəşkəs prosesinin başlanması üçün mümkün olan hər şeyi etməyə hazırıq

Bunu Ermənistan prezidenti Armen Sarkisyan “Kommersant”a açıqlamasında deyib.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına hazır olduqları bildirilib: “Əldə edilmiş razılaşmalara sadiq qalaraq Ermənistan məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün lazımi addımları atma hüququnu özündə saxlayır”.

Ermənistanın rəsmi dairələrinin bənzər açıqlamalarla çıxış etməsi göstərir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında ağır məğlubiyyətlərə uğrayan düşmən ölkənin döyüşmək üçün heç bir gücü və motivasiyası qalmayıb.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •