«Bu gün yeni bir tarix yazılır. Bu tarixin yazarı Ali Baş Komandanımız cənab İlham Əliyevdir».
Bu sözləri AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev deyib.
AVMVİB Zəngilan rayon şöbəsi rəhbərliyi bu qələbə sevinclərini xalqımıza yaşatdığına görə zəfərimizin memarı Ali Baş Komandana veteranlar adından təşəkkür edib.
AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev bildirdi ki, 20.10.2020-ci il Şanlı Azərbaycan Ordusu Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Şərfan, Həkəri, Muğanlı kəndləri və Zəngilan şəhərini işğaldan azad edib. Bu münasibətlə AVMVİB Zəngilan rayon şöbəsinin idarə heyəti və üzvləri adından başda Aĺi Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm.
AVMVİB Zəngilan rayon şöbəsi olaraq, Tovuz döyüşləri başlayandan bu günə kimi Ordumuza dəstək olduğumuz üçün qürür duyuram. 27 sentyabra kimi Azərbaycan əsgərinə 40000 dən çox təkər, 3000 ədəd ağac şpal , 3500 ədəd kisə apararaq əsgərlərimizin düşman mərmisindən qorunmasında istifadə edilən sığınacaqlarda istifadə edilməsində iştirak etmişik. Qəlbimiz daim ordumuzla, əsgərimizlə birlikdədir.
Var olsun Azərbaycan Ordusu! Var olsun Ali Baş Komantan!
İnşallah tezliklə Şuşada Azərbaycanın üç rəngli Bayrağı dalğalanacaq. Qarabağ Azərbaycandır!
Xatırladaq ki, AVMVİB Zəngilan rayon şöbəsi Vətən müharibəsinin başlandığı ilk gündən hər sahədə öz maddi və mənəvi dəstəyini ordumuzdan əsirgəməyib. AVMVİB Orduya Dəstək Qərargahı adından zəngilanlı müharibə veteranlarımızı təbrik edir və çox şaxəli fəaliyyətlərlə ordumuza dəstək olduqları üçün minnətdarlığımızı bildiririk.
AVMVİB Mətbuat Xidməti


