CƏBHƏ GÜNDƏLİYİ — 20. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***İlham Əliyev Azərbaycan xalqına müraciət etdi

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi və Zəngilan şəhərinin azad edilməsi müjdəsini verdi. 

***Prezident: “Düşmənin başını yaran yumruğumuz bizim birliyimizdir, məqsədyönlü fəaliyyətdir” 

“Status-kvonu biz dəyişdirdik, döyüş meydanında dəyişdik. Bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. İyirmi il biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar sadəcə olaraq kağızda qaldı”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib.

“Çünki siyasi iradə göstərilmədi. Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”,

***Ali Baş Komandan paylaşım etdi

Prezident İlham Əliyev “Twitter” hesabında işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım edib.

Dövlət başçısının paylaşımında deyilir: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

***Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

***Ərdoğan: “Azərbaycana bütün imkanlarımızla dəstək verdik, verəcəyik” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qarabağ məsələsində Azərbaycana dəstəyini ifadə edib. Bu barədə “Haber Global” məlumat yayıb.

“Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək mübarizəsinə bütün qəlbimizlə və imkanlarımızla dəstək verdik, verəcəyik”, — deyə Türkiyə Prezidenti bildirib.

***Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə zəng edib  

Kremlin yaydığı məlumata görə, tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənləri də müzakirə ediblər. Söhbət zamanı 10 və 17 oktyabr tarixlərində imzalanmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyi vurğulanıb.  Hər iki lider ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlığa hazırlıqlarını ifadə edib. 

***Zəngilana Azərbaycan bayrağı sancıldı İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırılıb.

Bu möhtəşəm görüntülər sosial şəbəkədə yayılıb.

 ***Qubadlıda erməni bölmələri məhv edilib 

Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

***Qazaxıstan səfiri: «Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirik»

Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınarsa, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulması qeyri-insanidir və qəbuledilməzdir.


Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

***Hikmət Hacıyev Şuşan Stepanyanın yaydığı xəbərdən danışdı 

Ermənistan Müdafiə Nazirliyinin hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə yaydığı xəbər cəfəngiyatdır və hətta şərhə belə ehtiyacı yoxdu. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu, erməni cəmiyyətində hökm sürən qorxunu qismən azaltmağa hesablanmış dezinformasiyadır.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Twitter hesabında Azərbaycanın guya cənub istiqamətində ağır itkilər verərək, Xudafərin Su Anbarına doğru geri çəkildiyini yazıb. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan SQ-nin belə bir imkana malik olmadığını bildirib.

***Ermənistan MN Azərbaycan torpaqlarından geri çəkildiyini etiraf edib 

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsurun Ovannisyan Qarabağda Ermənistan ordusunun geri çəkildiyini etiraf edib. Bu barədə A.Ovannisyan öz feysbuk səhifəsində yazıb. Ordunun geri çəkilməsinə haqq qazandırmağa çalışan qurum rəsmisi ötən əsrdə baş vermiş hadisələrlə uğursuz analogiya apararaq bunun, əslində, «qələbə»yə yol açacağını izah etməyə cəhd edib. Onun sözlərinə görə, geri çəkilmə heç də məğlubiyyət deyil. 

***Şəhidi təhqir edən mətbuat katibi işindən ayrıldı 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov işindən ayrılıb.


Bu barədə öz «Facebook» hesabında bildirib.


Xatırladaq ki, T. Müseyibovun adı bu yaxınlarda qalmaqalda hallanmışdı. Belə ki, o, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş Şaiq Kəlbiyevin LGBT üzvü olduğunu bildirərək, onun ünvanına təhqiredici ifadələr işlətmişdi.

***Düşmənin 2 polkovniki o dünyaya göndərildi

Azərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum zamanı Ermənistan ordusunun polkovnikləri Aşot Kazaryan və Geqam Qabrielyan zərərsizləşdirilib.

Bu barədə “Novosti Armeniya” məlumat yayıb.

Qeyd edək ki, Aşot Kazaryan N saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə N saylı hərbi hissənin qərargah rəisinin müavini olub.

***Erməni hərbçilər üçün 1500 meyit kisəsi 

Ermənistan tərəfinin Qarabağda təqdim ediləndən daha çox itki verməsini təsdiq edəcək daha bir sübut ortaya çıxıb. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistana Dağlıq Qarabağda ölən hərbçilər üçün 1500 patoloji kisə (meyit kisəsi) təqdim edib. Bu kisələr vasitəsilə ölən erməni hərbçilərin meyitləri cəbhənin müxtəlif istiqamətlərində toplanaraq oradan çıxarılacaq.

Erməni tərəfinə 1500 meyit kisəsinin təqdim olunması əslində işğalçı ordunun minlərlə itki verməsini təsdiqləyir və real rəqəmlərin Ermənistan ictimaiyyətində qorxu yaratmaması üçün gizlədilməsini ortaya qoyur.

***MN rəsmisi: «Düşmən geri çəkilir» 

“Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edib. Tutduqları mövqeləri tərk edib və geriyə çəkilməyə məcbur edilib”.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu məlumatı yayıb.

“Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanında fərarilik edir və geri çəkilir”, — A.Eyvazov vurğulayıb.

***Dövlət Baxçalı: “Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir” 

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı növbəti dəfə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycana dəstəyini ifadə edib.

MHP sədrinin səsləndirdiyi fikirlər partiyanın rəsmi “Twitter” hesabında yerləşdirilib.

“Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, fəda edilən türk canıdır, devriləcək və yerlə yeksan ediləcək işğalçı ünsür isə terror dövləti Ermənistandır”, — deyə D.Baxçalı bildirib.

***Azərbaycanın döyüş meydanında olan uğurlarına çox sevinirik ” — BMT-nin Pakistan üzrə eksperti Qaiser Navab 

Ermənistan beynəlxalq arenada qəbul edilən heç bir konvensiyanın şərtlərinə əməl etmir. Bir neçə gün öncə işğalçı ölkənin hərbi əməliyyatlardan kənar- sivil insanların yaşadığı şəhərləri atəşə tutması nəticəsində çox sayda mülki vətəndaş həlak oldu. Onların arasında azyaşlı uşaqlar var idi.

Azərbaycanın qədim şəhəri Gəncəyə edilmiş xain həmlə nəticəsində zərər görən bütün azərbaycanlı qardaşlarımızın yanındayıq. Onların yaşadığı acını Pakistan xalqı dərindən hiss edir’’.

***»Qardaşlarımızın yanında olmağa davam edəcəyik» — Akar

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik.

Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, atəşkəs rejimini pozan Ermənistan mülki obyektləri, qadın və uşaqlar da daxil olmaqla günahsız əhalini vurmaqda davam edir: “İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri həlak olan dinc əhalinin qanını yerdə qoymayacaq. Ərazi bütövlüyünün bərpasına, doğma torpaqlarına qovuşma mübarizəsində Azərbaycan türkü qardaşlarımızın yanında olmağa, haqlı mübarizələrində onları dəstəkləməyə davam edəcəyik”.

***Ermənistan yeni itkilərini açıqladı 

Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistanın itkilərinin sayı açıqlanıb.

Aysor.am-a xəbər verir ki, onlar 43 nəfərdir.

Bununla da Ermənistan ümumi 772 hərbçisinin öldüyünü rəsmi olaraq açıqlayıb.

***Zəngilan azad edildi, Araik təcili İrəvana qaçdı 

Zəngilanın işğaldan azad edilməsi ilə 765 km-lik İran-Azərbaycan sərhədi tam bərpa edildi. Növbəti hədəf isə artıq bəllidir. Ordumuzun əks-hücum əməliyyatları bundan sonra da davam edəcək. Hətta onu deyim ki, “dqr”in separatçı “lider”ləri Araik Arutyunyan və Bako Saakyan İrəvana təcili səfər edib. Səfərin məqsədi isə bəllidir. Hər iki şəxs mövcud vəziyyətin ağırlığını məruzə etmək üçün İrəvana gedib. 

Erməni mətbuatı yazır ki, A. Qukasyan və B. Saakyan İrəvana baş nazirin bir gün əvvəl bir sıra partiya nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə əlaqədar narahatlığını bildirmək üçün yola düşüb.

Həmin görüş zamanı hansı fikirlərin səsləndirildiyi barədə məlumat verilməyib.

N. Paşinyanın mətbuat katibi separatçıların görüşü barədə məlumatı olmadığını desə də, jurnalistlər onların hökumət binasından çıxmasını görüntüyə alıb.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: