*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***
***Prezident: “Mən sözünə əməl edən insanam”Ermənistanın baş naziri Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməlidir. Əgər belə olmasa, hərb yolundan başqa variant qalmır

Prezident İlham Əliyev bu fikri İspaniyanın EFE agentliyinə müsahibəsində səsləndirib.
“Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir”, — deyə dövlətimizin başçısı qeyd edib.
***Dövlət başçısı Kəlbəcər, Laçın və Ağdamın boşaldılmasından DANIŞDI

«Əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər».
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
***“Paşinyanla bir masa arxasında oturmağın mənası yoxdur” — İlham Əliyev

Hazırda Paşinyanla bir masa arxasında oturmağın heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin ilk görüşlər istisna olmaqla onların hamısı tamamilə səmərəsiz və mənasız olub. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE agentliyinə müsahibəsində danışıb.
***Lavrov atəşkəsənliyindən əl çəkə bilmir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik keçirilən brifinqdə bildirib.
“Həftə ərzində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalıb, tərəflərin bütün təmas xətti boyunca bir-birini qarşılıqlı atəşə tutduğu bildirilib. Tərəfləri həddindən artıq təmkinli olmağa, mülki əhalini atəşə tutmaqdan çəkinməyə və xarici qüvvələrin müdaxiləsinin qarşısını almağa çağırırıq. Atəşkəsi bərpa etmək, gərginliyi azaltmaq və baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün danışıqları bərpa etmək istiqamətində çalışmaq lazımdır”,- deyə Zaxarova qeyd edib.
***“Erməni lobbisinin azad mediaya qarşı hücumlarını şiddətlə qınayırıq” — Hikmət Hacıyev

«İndi də İtaliyanın «La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və «New York Times» jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.
***Духовные лидеры Азербайджана обратились к миру

Духовные лидеры мусульман, евреев и христиан Азербайджана обратились к миру.
Tекст статьи «Едины в вере за будущее Карабаха» опубликован в издании NewsWeek.
Целью обращения послужила попытка ряда СМИ и политических деятелей представить армяно-азербайджанский нагорно-карабахский конфликт религиозным, в то время, как таковым он никогда не являлся.
***Düşmən Tərtərə 16 top mərmisi atıb

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad və Qazyan kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.
Səhər saatlarından başlayaraq düşmən Tərtər rayon ərazisinə ümumilikdə 16 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Sentyabrın 27-dən noyabrın 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 15 767 top mərmisi, 21 raket atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.
Nəticədə 952 evə ziyan dəyib, 137 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.
***Erməni general Qarabağdan qaçıb

Qarabağda döyüşlərə qatılan Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-leytenant Artak Davtyan İrəvana qayıdıb.
Erməni general Azərbaycana qarşı döyüş əməliyyatlarını koordinasiya edib. O, bu yaxınlarda Ermənistana geri qayıdıb. Döyüş bölgəsində vəziyyətin gərgin olmasına baxmayaraq, Davtyan onun görə biləcəyi iş qalmadığını deyərək təcili İrəvana yollanıb.
Xatırladaq ki, Davtyan bu ilin 8 iyun tarixində gözlənilmədən vəzifəsindən azad edilib. O, baş nazir Nikol Paşinyanın qərarı ilə daha sonra Hərbi-sənaye Komitəsinin sədri təyin edilib.
***Düşmənə Tonaşendə ağır zərbə vurulduCəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
***Qasparyan — Azərbaycan Ordusu bir həftəyə Xankəndində olacaq

Dünən axşam Ermənistanın baş qərargahının bunkerində Paşinyanın iştirakı ilə fövqəladə toplantıda keçirilib.
Baş qərargah rəisi Onik Qasparyan və onun müavini Karen Abramyan Paşinyana məruzə ediblər ki, Azərbaycan Ordusu Turşsu-Şuşa yolunu nəzarətə götürüb, hətta Şuşa-Xənkəndi yoluna yaxınlaşıblar.Onik Qasparyan Paşinyanı əmin edib ki, kardinal dəyişikliklər baş verməsə, bir həftəyə Azərbaycan Ordusu Xankəndində olacaq. Baş Qərargah rəisi Rusiyanın müdaxiləsi olmadan vəziyyəti dəyişməyin mümkünsüzlüyünü, bir həftəyə «Arsax»ın tamamilə itiriləcəyini Paşinyanın diqqətinə çatdırıb. Paşinyan heç nə demədən Baş Qərargahın bunkerini tərk edib. O, getdikdən sonra Qasparyan öz müavininə və oradakılara bundan sonra «Ermənistanın üzləşdiyi fəlakət qarşısında» susmayacağını deyib.
***Ağdərədə düşmənə ağır zərbə vurulub

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.
***Ağdam istiqamətində terrorçulara zərbə vuruldu

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.
***Düşmən qadağan edilmiş silahlardan dinc əhaliyə atəş açır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
APA-nın məlumatına görə, düşmən dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır. Ermənilərin Goranboy rayonunun Meşəli kəndinə atdığı “Smerç” raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Atılan raketlərdən ayrılan iki bombacıq partlamayıb.
***Ermənilər Xankəndini boşaldıb

Xankəndi «şəhər bələdiyyəsinin sədri» bildirib ki, müharibəyə qədər Xankəndidə 56 min erməni yaşayırdı, hazırda isə bu rəqəm 17 minə düşüb.
Milli.Az bildirir ki, Xankəndiyə yollar bağlı olduğu üçün əhalinin ərzaq, sağlamlıq və digər zəruri tələbatları yaranıb və xunta bu problemin öhdəsindən gəlməyə çalışır.
Bildirilib ki, həmin insanların razılığı olarsa, köçürülmə baş tuta bilər. Xankəndidən kütləvi təxliyə hazırlanır.
***Qalib Azərbaycan Ordusudur: artıq başa düşdük — Baqdasaryan

Ermənistan artıq başa düşdü ki, Azərbaycan Ordusuna qalib gələ bilməyəcək.
Bu barədə erməni jurnalist Edik Baqdasaryan öz Feysbuk hesabında qeyd edib.
“Bizdə hər şey dağıdıldı. Artıq geri çəkildiyimizi asanlıqla etiraf edirik”, — o yazıb.
***Ermənilər Paşinyanın qarşısına tələb qoydular

Erməni ziyalılarının 70 nümayəndəsi baş nazir Nikol Paşinyan və xalqa müraciət edib.
Onlar bütün fikir ayrılıqlarından imtina etməyə çağırıb.
Ziyalılar baş nazirə konkret təkliflər təqdim edib. Onlar Ermənistan qanunvericiliyində nəzərdə tutulmuş və aydın səlahiyyətlərə malik xüsusi bir hərbi-siyasi qurumun yaradılması da daxil olmaqla, bütün mümkün həll yollarını müzakirə etmək tələbi irəli sürüblər.
***Erməni keşişdən etiraz: “Paşinyan psixi xəstədir”

Moskvadakı Vysoko-Petrovski monastrının keşişi Ruben Mkrtçyan deyib ki, Paşinyan psixi qüsurludur və Ermənistan qanunlarını pozaraq hakimiyyətə gəlib.Mkrtçyan baş nazirin tibbi ekspertizadan keçməsini tələb edir: “Paşinyan xəstədir, müalicə olunmalıdır. Onu hakimiyyətə gətirənlər bunu çox gözəl bilirdilər. İndi bunu biz də bilirik. Və bu, zarafat deyil. Onun ciddi psixi problemləri var.
Bu cür çatışmazlıqları olan şəxs heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz. Təəssüf ki, İrəvanda hələ də bəziləri Nikolla nəsə əldə edəcəyimizə inanırlar. Həmin insanların Nikol olmadan daha çox şey əldə edəcəyimizi, eyni zamanda daha az qurban verəcəyimizi başa düşmələri üçün zamana ehtiyacları var. Nikol gəzən fəlakətdir. Bugünkü dərdlərimizin günahkarı odur. Ancaq insanlar bu həqiqəti anlamaq və həzm etmək üçün zamana ehtiyac duyur. Onların ucbatından əziyyət çəkən insanlara təzyiq göstərmək lazım deyil. Nikola və Annaya sərt şəkildə təzyiq göstərmək lazımdır ki, xalqın onları istəmədiyini başa düşsünlər. Onlar getməlidirlər”

QARABAĞ AZƏRBAYCANDIR!
Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)
Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim
