İkinci Qarabağ müharibəsinin ilk günlərindən oğulları ilə birlikdə cəbhəyə yollanan müharibə veteranı Müşfiq Abbasov şəhid oldu.
Day.Az AzTv-yə istinadən xəbər verir ki, övladları mübarizəni davam etdirir.
Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün olan M. Abbasov, oğulları Şamil və İntiqamla birlikdə 27 sentyabrda başlayan döyüşlərdə iştirak edirdi. 1 ay öncə arzuladığı şəhidliyə qovuşdu.
Birinci Qarabağ müharibəsində isə Müşfiq Abbasov qardaşları ilə vuruşmuşdu.
Məkanı cənnət olsun! Başın sağ olsun, Vətən!
VİDEO: https://daytube.az/embed/98271



Bu xəbəri paylaşın:
