Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Orduya Dəstək Qərargahı bu günədək ordumuzla sıx əlaqədə olaraq əsgərlərimizin yanında olmağa və onların istəklərinin həllində yardımçı olmağa çalışır. Cəbhənin bütün istiqamətlərinndə biz varıq.
Ordumuzla birgəyik. 1, 2, və 3 rəqəmiylə işarətlədiyimiz istiqamətlərdə, həm maddi, həm də mənəvi dəstəklərimizi göstərməkdəyik. Hər 3 istiqamətdə veteranlarımız yorulmadan çalışırlar.
Qərargahın təşəbbüsləri tezliklə ictimailəşməyi bizləri sevindirir. AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovun şəxsi təşəbbüsü ilə Vətən müharibəsinin ilk günlərindən əsgər ailələrini ziyarət kompaniyası artıq ölkədə yayılıb və bir çoxlarının bu təşəbbüsə qoşulmalarını alqışlayırıq.Orduya Dəstək kompaniyası çərçivəsində Vətən müharibəsinin ilk günlərindən bu günədək ordumuzla birgə olmağa çalışan rayon şöbələrimizin hər biri fədakarcasına işlər görməkdədirlər.
Belə təqdirə layiq işlərin öncüllərindən olan AVMVİB sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov bu gün də öz xeyirxah əməllərini davam etdirməkdədir. AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovla birgə gecəli-gündüzlü «Hər şey Vətən üçün!» deyə bu yoldadırlar. Onlara bu işdə böyük dəstək verən AVMVİB — nin Fəxri üzvü Hacı Rövşən Məmmədov və «Nur» market kollektivinin də bütün fəaliyyətlərini əsgər və şəhid ailələrinin, döyüşən əsgərlərimizin əməli işlə yanında olmaları alqışlanmalıdır.

Bu vətənpərvər insanlar durmadan və kimsədən əmr, minnətdarlıq gözləmədən humanist əməllərini davam etdirməkdədirlər. Onların xeyriyyəçilik əməlləri- insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Həm maddi, həm də mənəvi cəhətdən ordumuzla və xalqımzla bir olmağa çalışırlar. Bu gün Birinci Qarabağ müharibəsi iştirakçıları ordumuza xalq dəstəyinin vacib olmasını daim qeyd edirlər. Bütün fəaliyyətlərini də, məhz bu istiqamətdə qurur və qədir bilən xalqımızı da bu istiqamətə yönəltməyə çalışırlar.
Fəallığı ilə seçilən AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov da hazırda onlarla birlikdədir. Ümumiyyətlə, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun yorulmaz fəəaliyyəti nəticəsində bu istiqamətdə veteranlarımızın xeyirxah əməlləri kordinasiya edilir. Bu istiqamətdə eyni işləri görən AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov da bütün fəaliyyətini ordumuza həsr edib.
Vətənpərvər veteranımız da öz döyüş dostları ilə daim öndədir və əsgərlərimizlə birgə olmağa çalışır.
AVMVİB Rəhbərliyi və Orduya Dəstək Qərargahı göstərdikləri bu xidmətlərə görə AVMVİB-nin sədr müavini Hacı İslam Səfərova, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynova, AVMVİB — nin Fəxri üzvü Hacı Rövşən Məmmədova, AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədova və bu yolda yürüyən bütün veteranlarımıza öz minnətdarlığını bildirir.
Veteranlar bu gün bir daha sübut etdilər ki, Vətən söz olunca, onlar, həm döyüşdə, həm arxa cəbhədə, həm əsgərlərimizin yanında, həm də Ali Baş Komandanımızın əmrinə müntəzirdirlər. Onlar hər yerdədirlər…
Onlar bu Vətənin və Bayrağın mühafizləridirlər!

Onlar Qarabağ müharibəsi veteranlarıdırlar!
Qarabağ Azərbaycandır!
AVMVİB Mətbuat Xidməti







Əsgərlərimiz üçün 
Əsgərlərimiz üçün 


