Oğullar ataların yoluyla getdilər. Getdilər ki, ataların yarımçıq qalmış işlərini tamamlasınlar. Getdilər ki, yarım qalan qisasımızı alsınlar. Getdilər ki, Vətəni düşmən tapdağından xilas etsinlər.
Bu gün onlarla müharibə veteranının övladı ön cəbhədədirlər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahovun oğlu Vahid Vahidli də belə oğullarımızdan biridir və bu gün ad gününü barıt qoxuyan səngərdə qeyd eləyir.

Ravid Pənahov Vətən müharibəsi başlayandan ön cəbhədə əsgərlərimizlə birlikdədir. Həqiqətən də Qurdun oğlu Qurd olar. Savaş çaqqaların işi deyil. Allah əsgərimiz Vahid Vahidlini qorusun.
Vahid Vahidlini ad günü münasibətiylə təbrik edir, müzəffər ordumuzun veteranı kimi 100 il yaşamasını və yazdıqları bu şərəfli tarixin şərəfli əsgəri kimi öz evinə dönməsini arzu edirik!
Var ol, Vahid bəy!
Bütün gözəlliklər sənin olsun! Sizlərlə qürur duyuruq!

