Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan etdikdən sonra oranın «dirçələcəyini» bildirib. O, Twitter səhifəsində «Əziz Şuşa, biz qayıtmışıq!» yazıb.
İlham Əliyev bazar günü xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad dildiyini bəyan edib.
Ali Baş Komandanın çıxışından dərhal sonra Azərbaycanın bütün yaşayış məntəqələri küçələrə axışaraq bir daha öz Komandanlarına dəstəklərini bildiriblər. Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə coşqu yaşanmaqdadır. Bakının mərkəzi küçələrində də insanlar Şuşanın azad edilməsini qeyd edirlər.
Onlar öz avtomobillərindən Azərbaycan və Türkiyə bayraqları dalğalandıraraq bu sevinci avtomobil siqnalları ilə göstərirlər.
Bakı sakinləri Şuşanın azad edilməsi xəbərini böyük sevinc hissləri ilə qarşılayırlar.(Fotolar əsasən BBC-yə məxsusdur)






