Paşinyan erməni xalqına müraciət edib

Nikol Paşinyan Facebook çıxışında Qarabağa dair razılaşma imzalamaqdan başqa, çıxış yolunun olmadığını bildirib.

«Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi. İndi bir çox insanın həyatına təhlükə yaratmamaq üçün bunun niyə baş verdiyini deyə bilmərəm. Bu, birbaşa döyüş əməliyyatlarına təsir edəcək».

O, Parlament spikerini döyən, hökumət binasına girən etirazçıları tənqid edib və deyib ki, bu yolla ön xəttə olan hərbçilərə zərbə vurulur.

Baş nazir deyib ki, xalqa çox şey demək istəyir, ancaq deyə bilmir, çünki bu, mövqelərdə olan əsgərləri təhlükəyə ata bilər.

Paşinyan həmçinin deyib ki, arvadı və oğlu ön xəttədirlər.

Bu xəbəri paylaşın: