Məşhur erməni xarici sənət və elm xadimləri Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanı UNESCO-nun xoşməramlı səfiri fəxri adından məhrum etmək üçün onlayn imzalar toplamağa başladılar.

«Armenpress»in verdiyi məlumata görə, bu barədə erməni mənşəli kanadalı aktrisa Arsine Xancyan Facebook səhifəsində yazıb.
İmza toplusu Change.org saytında həyata keçirilir və UNESCO-nun Baş direktoru Audrey Azoulaya açıq məktub əlavə olunub.
Müraciətdə erməni həyasızlığı və mənfurluğuna hiddətlənməmək mümkün deyil. Bir millətin nə qədər şərəfsiz və pis niyyətli olması “İnanırıq ki, … ermənilərə qarşı dövlət səviyyəsində nifrət siyasətini təşviq edən və həyata keçirən bir siyasətçi kimi, habelə Azərbaycan rəhbərliyinin ermənilərə qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə görə o, YUNESKO-nun xoşməramlı səfiri olaraq qalmamalıdır”-deyilir.
Açıq məktub müəllifləri Azərbaycan Prezidentinin xanımı və Azərbaycanın Birinci vitse-prezidentinin Qarabağ münaqişəsinin yalnız hərbi yolla həll oluna biləcəyi və 30 illik danışıqların mənasız olduğu barədə dediklərini də xatırladıblar.
YUNESKO-nun baş direktoruna göndərilən məktubda Şuşa və Xankəndindəki dağıntılara və insan itkisinə səbəb olan mədəni obyektlər, mülki infrastrukturlar barədə də məlumat verilmişdir.
Açıq məktubu Kanadalı rejissor Atom Egoyan, SOAD qrupunun solisti Serj Tankyan, Kanadalı erməni əsilli aktrisa Arsineh Xancyan, İsrail kinorejissoru Amos Gitai, bir sıra məşhur ictimai və mədəniyyət xadimləri, müxtəlif təhsil müəssisələrinin rəhbərləri, elm adamları imzalayıblar.
23.000 nəfər bu onlayn imza toplanmasına qoşulub.
Biz bu erməni həyasızlığını cavabsız qoymamalıyıq. YUNESKO-ya bu barədə öz etirazımızı bəri başdan bildirməli və bu kompaniyanı aparan ermənilərin yaşadıqları ölkələrin rəhbərlərinə müraciətlər etməliyik.
