Rəcəb Tayyib Ərdoğan: “Noyabrın 20-dək Qazaxın kəndləri Azərbaycana qaytarılacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağla əlaqədar bağlanmış razılaşmadan bəhs edib.

“Haber Global” məlumat verir ki, bu barədə Türkiyə başçısı partiyasının iclasında bildirib:

“Razılaşmaya əsasən Azərbaycanın, Qarabağın ələ keçirilməyən qalan bütün əraziləri də Azərbaycana qaytarılacaq.

Ermənistan razılaşmaya görə, Kəlbəcəri 15 noyabra, Ağdamı və Qazaxın bölgələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təslim edəcək.

Azərbaycan və Naxçıvan arasında əlaqə yaradılacaq və bu məqsədlə yol inşa ediləcək. Eyni şəkildə Ermənistan və Xankəndi arasında da əlaqə üçün koridor açılacaq. İşğal müddətində evlərindən didərgin düşən azərbaycanlılar BMT-nin nəzarəti altında evlərinə qayıdacaqlar”.

Həmçinin Rusiya və Türkiyə sazişi də razılaşdırılıb.

11 noyabr Rusiya — Türkiyə sazişi

  1. Türk Silahlı Qüvvələri Qarabağ münaqişəsinə görə işğaldan azad edilən bölgələrdə yerlərindən edilmiş əhali yerləşdikdən sonra, erməni tərəfinin hərəkətlərini gözləmək üçün sərhəd gözətçi karakolları quracaq.
  2. Türkiyənin Görev Gücü işğaldan azad edilmiş bir şəhəri mərkəz seçəcək
  3. TSQ atəşkəsin pozulması zamanı Rusiyaya məlumat verməklə atəşkəsi pozan hər tərəfəqarçı hər bir tədbiri görməyə tam hüquqludur
  4. Türk Barış Gücü Laçından nəyin gəlib getdiyini yoxlamaq hüququna sahibdir.
  5. Rusiya öz sülhməramlılarının komandanı olaraq Türk əsilli bir türk zabitini bu vəzifəyə təyin edəcək.
Bu xəbəri paylaşın: