Paşinyan: Üçtərəfli razılaşma «siyasi nizamlama sənədi» deyil

Ermənistanın Baş naziri Dağlıq Qarabağda hərbi qarşıdurmaya son qoyan Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı razılaşmanın «siyasi nizamlama sənədi» olmadığını deyib.

“Bu, hərbi əməliyyatların dayandırılması haqqında sənəddir. Və bu, siyasi nizamlama sənədi deyil. Elə təkliflər var ki, onlar şərh olunmalı və siyasi məzmun almalıdır,” — Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, imzalanan sənəd ətrafında Ermənistanda müzakirələr aparılacaq.

“Bu, diplomatik müzakirələr olacaq və çox uzun müddət davam edəcək».

Nikol Paşinyan deyib ki, imzalanmış sənədi “cırıb ata bilərik”, ancaq belə təqdirdə ölkə 10 noyabrdan əvvəlki vəziyyətə, yəni müharibəyə qayıdacaq.

“Bunun nəticələri olacağını anlamalıyıq».

Ermənistan lideri Rusiya sülhməramlıları məsələsinə də toxunub.

«Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması müharibənin yenidən başlamayacağına zəmanətdir».

Nikol Paşinyan hesab edir ki, üçtərəfli bəyannamə ilə Qarabağ məsələsi öz həllini tapmayıb və mübarizə davam edir.

«Qarabağ xalqının haqqı uğrunda mübarizəni davam etdiririkmi? Bəli. Hər şeydən əvvəl nə edilməlidir? Həmvətənlərimiz öz evlərinə qayıtmalıdırlar. İndi orada Rusiya sülhməramlıları var və onlar təhlükəsizliyi təmin edir,» — Nikol Paşinyan deyib.(BBC)

Bu xəbəri paylaşın: