Bakıda Kəlbəcər yürüşü keçirilir

Kəlbəcərin işğaldan azad edilməsi Bakıda qeyd edilir.

Fedai.az musavat.com-a istinadla xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar «Qarabağ Azərbaycandır» şüarı səsləndirib, qələbə mahnıları ifa ediblər.

Daha sonra isə əksəriyyəti Kəlbəcər rayonunun sakinləri olan əraziyə yığışan vətəndaşlar avtomobillərlə Şəhidlər Xiyabanına doğru qələbə yürüşü ediblər.

Hazırda Şəhidlər Xiyabanında qələbə tədbiri davam edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır

Bu xəbəri paylaşın: