Qardaş Pakistanda son durum

Hindistan və Pakistan arasındakı sərhədyanı hücumlarda ən az 10 mülki və beş təhlükəsizlik işçisinin öldürüldüyü deyilir.

Qardaş Pakistan dövləti, Hindistan əsgərlərinin Kəşmir Nəzarət Xəttinə (LoC) raket və minaatan hücumları nəticəsində dörd mülki və bir əsgərin öldüyünü açıqladı. Pakistan ordusu, Hindistan ordusunun açdığı atəşə cavab verildiyini qeyd edib.

Hindistan da Kəşmirin şimalında Pakistandan bir sızma cəhdinin qarşısını aldı; Bununla birlikdə, altı mülki şəxsin, üç əsgərin və bir sərhəd gözətçisinin onların tərəfində öldürüldüyünü bildirdi.

Azad Cammu Kəşmir Baş naziri Raca Muhammed Faruk Haydar Xan, Hindistan əsgərlərinin hücumları nəticəsində ən az 31 mülki şəxsin yaralandığını və bir çox evin zərər gördüyünü dedi.

Xatırladaq ki, bu il Hindistan və Pakistan əsgərləri arasında baş verən qarşıdurmalarda 40-dan çox mülki şəxs ölüb.

Bu xəbəri paylaşın: