İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfər ediblər

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə səfər etdikləri işğaldan azad edilmiş Cəbrayıl rayonundan video paylaşıb.

Birinci vitse-prezident sözügedən videonu öz «Instagram» hesabından «Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN» başlığı ilə yayımlayıb.

Bu xəbəri paylaşın: