Abbas Hüseynli
AVMVİB sədrinin müavini
Bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Vladimiroviç Putinin musahibəsi ilə sosial şəbəkədə rastlaşdım. Musahibəyə qulaq asarkən öz içərimizdə olan tarixçiləri lənətlədim. Ona görə ki, Putin müəllim bizim tariximizi, baş vermiş hadisənin səbəbini elə bir formada göstərdi ki, biz, Putin müəllimə görə ermənilərə borclu qaldıq.
Baş vermiş hadisələrin səbəbkarıda özümüz olduq. Putin müəllim deyir ki, bu hadisələrin başlanğıcı «Sumqayıt» hadisələrindən başlanmışdır.
Həmin vaxtlar Sumqayıtda ermənilərə qarşı vəhşilik törədilmişdir. Doğrusu, Putin müəllimin bu qədər hadisələrdən xəbərsiz olması məndə təəssüf yaratdı. Axı hadisələrin başlanğıcı Sumqayıtdan deyil, 1987-ci ildə Qərbi Azərbaycandan «Ermənistandan» bizim insanlarımızın ermənilər tərəfindən vəhşicəsinə öz yurd yerlərindən zorla çıxarlmaları olmuşdur. Hələ Sumqayıta qədər çox hadisələr baş vermişdir.
Məsələn, ermənilər artıq 1988-ci ilin fevral ayının 20-də Xankəndində (Stepanakertdə) «Miatsum-miatsum» qışqıraraq keçmiş DQMV-nin müstəqilliyi və ya Ermənistana birləşdirilməsini irəli sürürdülər. Hətta bu barədə onların dirnağarası «parlamentariyası» qərər belə qəbul etmişdi. Doğrudur, həmin qərarın qeyri qanuni olması barədə SSPİ Ali Soveti sonradan qərar qəbul etmişdir. Lakin, bütün bunlara baxmayraraq Xankəndində qanunsuz mitinqlər davam edirdi. Xankəndində yaşayan 15 min nəfərə qədər dinc sakin, azərbaycanlılar öz yurd-yuvalarından ermənilər tərəfindən zorla köçürülmüşdürlər. Həmin vaxtlar, mərkəzi SSRİ hökuməti buna seyirçi münasibət göstərirdi. SSRİ dövlətinin başçısı Qorbaçov isə həyat yoldaşı Raisa Qorbaçova vasitəsi ilə DQMV-nin Ermənistan Respublikasına verilməsi üçün ABŞ-da olan erməni lobbisindən hədiyyə kimi brliyant qaşlı üzük almışdı.
Bundan başqa SSRİ dövlətinin başçısının iqtisadiyyat üzrə müşaviri olan erməni Abel Aqanbekyan Sumqayıt hadisələrinə qədər Fransanın «Humanite» qəzetinə 1987-ci ilin noyabr ayında müsahibə verərək göstərmişdi ki, DQMV və Naxçıvan MR iqtisadi cəhətdən Ermənistan Respublikasına daha yaxındır, ona görədə hər iki qrumu, yəni DQMV və Naxçıvan MR-nı Ermənistana birləşdirmək lazımdır. Onun bu çıxışına qarşı keçmiş SSRİ Respublikasında heç kim təpgi göstərmədi. Hansı ki, onun çıxışı millətlər və xalqlar arasında düşmənçilik yaradırdı. Həmin vaxtları mən Bakı Dövlət Unversitetinin hüqun fakultəsinin axırıncı kursunda oxuyurdum. Bir gələcək hüquqşunas kimi Aqanbekyanın bu müsahibəsinə öz etirazımı bildirdim. Mənimlə bir fakultədə oxuyan Kamil Abbasova bu barədə dedim. Gördüm ki, o da mənim kimi əsəbləşib. Mən onda Sov İKP MK-nin baş katibi olmuş M.S. Qorbaçova məktub hazırladım. Məktub Azərbaycan dilində yazıldığı üçün onun rus dilinə çevrilməsi və məsləhət üçün Unversitetin kafedra müdiri, professor Mutuz Ələsgərovun yanına, Oruc İsmayılov, Fərhad, Kamil və mən getdik. Orada Murtuz müəllimə yazdıqlarmız barədə dedik, o da bizim təşəbbüsü bəyəndi. Orada rus dilində M.S.Qorbaçova Aqanbeqyanın dediklərinə qarşı olduğumuzu və onun məsuliyyətə cəlb edilməsini istəmişdik. Sonra isə həmin məktubu poçta gətirdik və bizim pasportumuz üstümüzdə olmadığı üçün, əslən Cəlilabad rayonundan olan Fərhadin pasportu ilə Moskvaya yola saldıq. Bu məktubdan sonra yazıq Fərhadı o vaxtkı Milli Təhlükəsizlik nazirliyinə çağırıb, çox sual-cavaba tutdular.
Sumqayıt hadisəsi 1988-ci ilin fevral ayının 28-də baş vermişdir. Buradanda görünür ki, Sumqayıt hadisəsinə qədər, hələ yaza bilmədiyim bir çox erməni vəhşilikləri olmuşdur.Sumqayıt hadisənin baş verməsi ilə əlaqədar, mənə elə gəlir ki, Sizin daha çox məlumatınız olmalıdır.Ona görə ki, bu hadisə Ermənistan xüsusu xidmət orqanlı və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən törədilmişdir. Bu cinayət işinin istintaqı SSRİ Baş prokurorluğunun istintaq idarəsinə tapşırılmış və müvafiq istintaq əməliyyat tədbirləri keçirilmişdir. Buna baxmayaraq istintaq işi üzrə müəyyən şəxslərin işi məhkəməyə göndərilsədə beş cildən ibarəd olan cinayət işi üzrə istnataq dayandırlımışdır.
Hörmətli Prezidentimiz İlham Əliyevin göstərişi ilə dayandırlımış cinayət işi üzrə istintaq təzələnmişdir. İstintaq zamanı hadisənin həqiqi mahiyyəti üzə çıxdı. Məlum oldu ki, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi və əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədilmişdir.
Buna sübut kimi 2016-cı ilin mart ayının 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın «Sumqayıt hadisələri barədə ilk mənbələrdən» adlı kitabının təqdimat mərasimində SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də təşkilatçılardan heç kimin məsuliyyətə cəlb olunmadığını bildirdilər. Səhv etmirəmsə, siz həmin vaxtı DTK-də məsul vəzifədə işləyirdiniz. Sumqayıt hadisənin başçılarından birisi erməni əsilli Eduard Qriqoryan olmuşdur. Məhz bu şəxs DTK-nin məxvi agenti, Sumqayıtda insanlar arasından milli sahədə ayrı seçgiliyi qızışdırır, həmin vaxtı öz yurd-yuvalarından zorla köçürülmüş ermənistan qaçqınlarını öz ətrafına yığırdı. Həmin hadisələrlə bağlı Qriqoryanın zərərçəkmiş şəxslərlə, Lyudmila və Karina Mejlumyan, Manvel Petrosyan və digərləri ilə keçirilən «tanınma» istintaq hərəkətində zərərçəkənlər Qriqoryanı tanıyaraq, onları zorlayan, döyən, insanları öldürən şəxsin bu şəxs olmasını əyani şəkildə göstərdilər. Həmin igtişaşlar zamanı 26 erməni, 6 azərbaycanlı öldürülmüş, 92 nəfər şəxsə uzun müddətli cəzalar verilmiş, bir nəfər şəxs barəsində isə ölüm hökmü çıxarılmışdır. Qriqoryana uzun müddətli həbs cəzası verilsə də, o, sonradan Ermənistan Respublikasının İrəvan şəhərində olan 1 saylı istintaq təcridxanasına qanunsuz olaraq, havadarlar vasitəsi ilə köçürülmüş və 2015-ci ildə isə azadlığa buraxılmışdır.
Hörmətli Putin müəllim, cənab Prezidentimiz İlham Əliyevdən Qarabağda olan kilsələrin qorunmasını xahiş etmişdir. Bu çox yaxşı haldır. Lakin, Putin müəllim bilməlidir ki, bizim respublikamız tolerant respublikadır. Burada bütün dinlər qorunur və mühafizə olunur. Hətta ermənilərə məxsus deyilən kilsə belə, Bakının mərkəzində qorunur. Qarabağda olan, ermənilərə məxsus göstərilən tikililər isə kilsə deyil, məbədlərdir. Həmin məbədlərdə Alban məbədləridir, yəni Azərbaycan məbədləridir. Onların, özlərini erməni adlandıran haylara heç bir aidiyyatı yoxdur. Onların tikilmə tarixi 3-ci əsirdən 12-ci əsrə qədər olan müddətdir. Həmin vaxtları isə bu ərazidə, Qafqazda erməni-haylar olmamışlar. Bundan başqa erməni-haylar Kəlbəcərdə olan məbədi eməni kilsəsi kimi göstərir. Erməni-haylar isə Kəlbəcəri 1993-cü ilin aprel ayının 2-də işğal etmişlər. Bu məbədin tarixi isə 7-8-ci əsrə gedib çıxır. Onda bu Alban məbədinin erməni-haylara nə aidiyyatı vardır.
Putun müəllim, Siz deyirsiniz ki, 1994-cü ilin may ayında Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında barışıq sazişi bağlandı. Həmin vaxtı Azərbaycan məxsus 7 rayon DQMV-nin nəzarətinə keçdi. Bunu elə bir formada xalqa bildirirsiniz ki, guya ki, biz, özümüz həmin rayonları ermənilərə peşkəş olaraq verdik. Heç olmasa oradasa, həqiqəti deyin ki, həmin rayonlar erməni işğalçıları, separatçılar tərəfindən rus hərbçiləri ilə birgə işğal edildi. 1 milyona yaxın öz yud-yuvalarında yaşayan azərbaycanlılar həmin yerlərdən zorla qovuldular.
Doğrusu, bütün bunlara baxanda düşünürsən ki, bizm bəzi tarixçi alimlərimiz niyə tariximizi saxtalaşdırmaqla məşğuldurlar? Niyə, onlar əsil Azərbaycan-türk tarixini yazıb, həqiqətləri dünyaya göstərmirlər? İqrar Əliyev, Fəridə Məmmədova kimi akademiklərimizin əsərlərindən sitat gətirənlərdən nə gözləmək olar?
Fəridə Məmmədovanın «Qafqaz Albaniyası» kitabını oxudqda, düşünürsən ki, bu qadın türk qadını deyildir. Qafqazda heç bir vaxt Albaniya dövləti olmamışdır. Bu, Fəridə Məmmədova- Azərbaycan Albaniyasıdır. Sən, nə qədər də bu və başqa kitablarınla bizim tariximizi zəhərləyək, bizim bu ərazilərə 9-12 əsirlərdə gəlməyimizi, bu yerlərin əsil sahibinin başqa millətlərin olmasını göstərəcəksən və sənə qarşı əsil tarixçilərimiz açıq şəkildə öz sözlərini deməyəcəklər, bizim tariximiz bərbad vəziyyətdə olacaqdır. «Hörmətli» Fəridə Məmmədova heç olmasa vaxtınız olanda Xaqani Rzaquliyevin kitablarını tap oxu. Onları oxuduqda görəcəksən ki, sənin mənbə kimi göstərdiyin erməni-hay akademikləri, elə yalançı, saxtakar tarixçilərdir.