Kəlbəcərin girişində olan «Artsax» sözü götürüldü

Azərbaycanın tarixi ərazisi olan Kəlbəcərin işğaldan azad edilməsi prosesi başa çatmaq üzrədir.

Noyabrın 25-də təhvil verilməsi nəzərdə tutulan şəhərin işğaldan azad edilməsi üçün əlavə verilən vaxt sabah başa çatır.

Xatırladaq ki, Ermənistanı tərəfinin xahişi ilə Kəlbəcərin boşaldılması ilə bağlı əlavə 10 gün vaxt verilmişdi.

Artıq Kəlbəcərin girişində olan «Artsaxa xoş gəlmisiniz» yazısı götürülüb və Vardenis-Kəlbəcər yolu bağlanıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •