Qeyri rəsmi Rusiya mənbələri Ermənistanın ümumi İTKİLƏRİNİ AÇIQLANDI

Ermənistanın Qarabağ müharibəsində verdiyi itkilərlə bağlı yeni Rusiyanın qeyri-rəsmi mənbələri fərqli statistika yayıb.

Əldə etdiyimiz və siyahılaşdırdığımız cədvələ görə, Ermənistan ordusunun 14250 əsgəri məhv edilib. Erməni əsgərlərindən 13000 hərbçisi yaralandığı, 400 nəfərin itkin və əsir olması, düşmən 500-dən artıq əsgərə məxsus şəxsiyyəti müəyyən olunmamış leş morqlarda saxlanılır.

Eyni mənbənin verdiyi məlumata görə, buraya cəlb olunmuş kənar qüvvələrin — terrorçuların, xaricdən gəlmiş ermənilərin və rusların sayı buraya daxil edilməyib. Verilən məlumata görə 29 sentyabr-9 noyabr arasında Cənubi Rusiya, xüsusən Stavropol və Krasnodara «Gruz-200» (200 saylı yük-leş) adıyla Ermənistandan 276-278 nəfərə aid «yük» gətirildiyi bildirilir.

Düşmənin məhv edilmiş və sıradan çıxarılmış texnikalarlna gəldikdə, bunun dəyəri milyardlarla dollarlarla ölçülür və bu barədə Azərbaycanın Ali Baş Komandanı cənab İ. Əliyev xalqa müraciətində bu şəkildə bəyan etdi:

«Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr — 53 dənə, “Smerç” — dörd dənə, “Qrad” — 97 dənə, “Uraqan” — 2, “YARS” — 1, TOS odsaçan — 1, “S-300” zenit-raket kompleksləri — 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası — 1 dənə, “TOR” zenit-raket kompleksi — 5 dənə, “Osa” zenit-raket kompleksi — 40 dənə, “KUB” zenit-raket kompleksi — 4 dənə, “KRUQ” zenit-raket kompleksi — 1 dənə, zastava — 14 dənə, “S-125” zenit-raket kompleksi — 2 dənə, pilotsuz uçuş aparatları — 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi — 2, ballistik raket — 1, “Toçka-U” raket kompleksi — 1, radioelektron mübarizə vasitələri — 5 dənə, “R-142” komanda qərargah maşını — 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası — 1 dənə, müxtəlif radiolokasiya stansiyaları — 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi — 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.»

Bu bir Zəfər tarixçəmizdir. Zəfərin mübarək, Azərbaycan!

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: