AVMVİB İdarə Heyəti və rayon şöbə sədrlərinin birgə yığıncağı keçirildi

AVMVİB — nin birgə yığıncağında Birliyin Vətən müharibəsi günlərində və sonrakı günlərdə göstərdiyi fəaliyyət barədə AVMVİB sədri Füzuli Rzaquliyev hesabat verdi.

Bildirdi ki, həm döyüş meydanında, həm arxa cəbhədə AVMVİB üzvü olan veteranlarımız ordumuzla bir yerdə olmağı bacardı. Əlimizdən gələn bütün vasitələrdən istifadə edərək böyük işlər gördük. Demək olar ki, rayon şöbələrimiz bu proseslərdə özlərini əsil vətənpərvərlər kimi göstəriblər. Bu gün hər birinə minnətdarlığımızı bildiririk. Daha çox iş görmüş şöbələrimizi fərqləndirməyə çalışacağıq.


AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, qazanılmış Zəfərin memarı cənab İlham Əliyevdir və bütün veteranlar adından bu böyük günlərə görə Komandanımıza minnətdarıq.

Yığncaqda Ali Baş Komandana müraciət qəbul olundu.


Daha sonra hesabat ətrafında və mövcud durum barədə müzakirələr başladı. Çıxış edənlər qazanılmış qələbəmizi tam və qəti qələbəyə çevirmək üçün bundan sonra da Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirdilər.


Saat 12:00-da qərargahın önündə şəhidlərimizin sükutla anılmasıyla yığıncaq yekunlaşıb.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: