Paşinyan Rusiyanın silah sənayesini tənqid edib.
Fedai.az Demokrat.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri N.Paşinyan bu gün xalqa video-müraciətində, müharibədəki məğlubiyyəti zamanında alınmış silahların effektsizliyi ilə əlaqələndirib.
Bildirib ki, Osa-AK zenit raket sistemlərinin səmərəsizliyi ucbatından hava hücumlarını dəf etmək mümkün olmayıb.
«Müharibə zamanı «göyləri qoruyan sistemlər» işləmədi» — deyən Paşinyan, bu sistem üçün Rusiyaya 42 milyon dollar ödənildiyini xatırladıb.
Bu xəbəri paylaşın:
