“Ermənilərin xislətini tarixdən ən yaxşı qarslılar bilir”.
Fedai.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.
Ərdoğan bildirib ki, Qarabağdakı zəfərdən ən çox qazanan bölgələrdən biri də Türkiyənin Qars vilayəti olacaq: “Azərbaycanlı qardaşlarımızın qətiyyətli mübarizəsi nəticəsində Dağlıq Qarabağda Azərbaycan bayrağı qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasında quru yol və dəmiryolu bərpa olunduqdan sonra Azərbaycanla birbaşa əlaqəyə sahib olacağıq. Bu əlaqələrdən ən çox faydanı görən yerlərin başında Qars gəlir. 30 illik işğalın ardından Azərbaycan öz torpaqlarına qovuşmanın haqlı sevincini yaşayır”.
«Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində bu gün Qarabağ səmalarını şükürlər olsun ki, əski parçaları deyil, ay-ulduzlu bayraq bəzəyir».
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı iqamətgahından Sarıkamış-Karakurt-Horasan yolunun açılış tədbirinə canlı bağlantı zamanı deyib.
“Azərbaycan heç kimin torpağını işğal etməyib. 30 ildir işğal altında olan torpaqlarını azad etdi. Fransa erməniləri bu qədər çox sevirssə öz torpaqlarından Marseli onlara verə bilər. Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm diplomatik həm də hərbi baxımdan Azərbaycana anasının südü kimi halaldır. Türkiyə olaraq hər zaman və hər yerdə haqqın, həqiqətin, məzlumun yanında yer almağı, bu istiqamətdə söz söyləməyi və siyasət yürütməyi davam etdirəcəyik”, Türkiyə lideri bildirib.
Elnur Səlim
