Təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN zabiti İlham İsmayıl koronavirusa yoluxub.
Demokrat.az-ın xəbərinə görə, bu barədə mühacirətdə yaşayan bloger Vahid Qazi özünün facebook hesabında yazıb.
O bildirib: «O gün danışanda mənimlə Şuşaya, Ağdama getməyə söz verdi. Bu gün bilmişəm, Covid-19 virusuna yoluxub. Xəstəxanadadır! Danışdım! Səsini heç belə eşitməmişdim. Dualarınızı əsirgəməyin mənim əziz qardaşım İlham İsmayıldan — Qarabağ Adamdan».
P.S. Vətənpərvər veteranımıza Allahdan şəfalar diləyirik. Dualarımız sizinlədir.
Bu xəbəri paylaşın:
