AVMVİB sədrinin I müavini Kamil Şirinovun bildirdiyinə görə, müharibə veteranları bu gün saat 11:00-da ənənəvi qaydada Şəhidlər Xiyabanında ilk hərbi And içmə gününü anmaq üçün toplaşacaqlar. K. Şirinov şəhid olmuş döyüş dostlarına Allahdan rəhmət və sağ qalmış veteranlarımıza isə can sağlığı dilədi.

AVMVİB sədrinin I müavini Kamil Şirinov məlumat üçün bildirdi ki, 701 saylı briqada Müdafiə Nazirliyinin əmri ilə 9 Oktyabr 1991-ci ildə Şıxov batalyonunun (18110 saylı H/h) əsasında yaradılıb.
Bridaqa 7 dekabr 1991-ci ildə Şəhidlər Xiyabanında andiçmə mərasimindən dərhal sonra Kərkicahan qəsəbəsinin müdafiəsinə göndərilib.
25 yanvar 1992-ci ildə bu hərbi hissə Daşaltı əməliyyatında iştirak edərkən xeyli itki verdi. 1992-ci ilin uğurlu yay hərbi kompaniyasında Tərtər-Kəlbəcər yolunun erməni işğalından azad edilməsində iştirak etdi və sonralar Laçın dəhlizinin ələ keçirilməsində 701-ci briqada Kəlbəcər istiqamətindən (şimaldan) Laçına daxil olaraq xeyli yaşayış məntəqəsini azad edib.
Cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlərdə sınaqdan üzağ çıxıb.
Əfsanəvi Alay 400 nəfərdən çox şəhid verib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli







