Türkiyə və Azərbaycan arasında pasport rejimi ləğv edildi — RƏSMİ

Azərbaycan və Türkiyə vətəndaşları ölkələrini sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter səhifəsində yazıb.

“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimiz ilə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, — o qeyd edib.

Bu xəbəri paylaşın: