“Siyasi bəyanatlar Dağlıq Qarabağdakı sülh prosesini pozmamalıdır”.
PROPRESS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqi zamanı danışıb.
“Cənab Əliyev və Ərdoğanın çıxışlarını izləməmişəm, ona görə bu haqda ümumi danışa bilərəm. Regiondakı vəziyyət çox qəlizdir. Sülhün bərqərar olunması, qaçqınların öz evlərinə qayıtması, tərəflərin danışıqlar masasına oturması üçün cəhdlər etmişik”, — Zaxarova bildirib
Bu xəbəri paylaşın:
