Erməni KİV: Tavuşa girən azərbaycanlı saxlanılıb

Ermənistanın Tavuş rayonunun Berdavan kəndinin ərazisində bir nəfər azərbaycanlı saxlanılıb.

Fedai.az  yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “News.am” saytı kənd sakininə istinadən bildirib.

İddia olunur ki, 10 dekabr gecə saat 04:00-05:00 radələrində kənddəki çörək sexinin yanında bir nəfər azərbaycanlı görüblər. Daha sonra bildirilir ki, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq naməlum istiqamətdə aparıblar.

Bu xəbəri paylaşın: