Şanlı Azərbaycan Ordusu 10 km irəliləyərək iki yaşayış məntəqəsini terrorçulardan təmizləyib.
Rusiya sülhməramlı kontingenti komandir müavininin dediyinə görə, danışıqlar Bakı, Moskva və Yerevan arasında ən yüksək səviyyədə aparılır.
Azərbaycan qüvvələri, həqiqətən, Hadrut ərazisində Çaylaqqala (Xtsaberd) kəndini terrorçu ünsürlərdən tam təmizləyərək, Köhnə Tağlar (Hin Taxer) istiqamətində təqribən 10 km irəliləyiblər. Hər iki kənd ordumuzun nəzarəti altına keçib. Bölgədə erməni qorumağa gələn rus işğalçı gücləri bölgədəki birləşmiş hərbi birlikləri əvvəlki mövqeyə qaytarmağa çalışır. Lakin bu bölgələrdə əməkçi insanlara və əsgərlərimizə atəş açmış terrorçular mövcuddur və bu qüvvələri ölkəmizdən çıxmasını öz üzərinə götürən Rusiya odla oynamağa çalışır.
Faktı düşmən tərəf də təsdiqləyib. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə özünün Facebook səhifəsində baş nazir Nikol Paşinyana müraciət edib: “Nikol, Azərbaycanla sən daha nə haqda anlaşmısan? Hadrutun 2 kəndinə 500 Azərbaycan əsgəri hücum edir. Zirehli texnika cəmləşdirilir. Deyirlər: “Biz razılaşmışıq ki, həmin kəndlər bizə verilməlidir”. Nikol, sən daha nələr haqda anlaşmısan?”
Dağlıq Qarabağdakı qondarma «parlamentin deputatı» Ayk Xanumyan da az əvvəl Azərbaycan ordusunun Çaylaqqala və Köhnə Tağlar kəndlərini tamamilə Azərbaycan Ordusunun nəzarətə götürdüyünü təsdiq edib.
Rusiyalı sülhməramlı qüvvələrin qərargahının nümayəndəsi isə jurnalistlərə açıqlamasında belə deyib:
“Hadrut rayonunda avtomat silahlardan atışma qeydə alınıb. Birbaşa kanallar vasitəsilə operativ şəkildə tərəflərdən atəşkəsə riayət olunması tələb olundu”, – sülhməramlıların nümayəndəsi bildirib.
Rusiya MN-dən isə qeyd edilib ki, bu, 10 noyabrdan bəri atəşkəsin ilk dəfə pozulmasıdır və artıq vəziyyət stabilləşib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi baş verənlər barədə məlumat yayıb.
Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətmişdir. «Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülmüşdür. Hazırda atəşkəs rejiminə riayət olunur», — deyə məlumatda qeyd olunub.
Necə deyərlər, «çaqqalların ziyafəti Qurd ayağa qalxanadəkdir.»
AVMVİB Mətbuat Xidməti
