Paşinyan indi də Zəngilana və Qubadlıya yol çəkməliyik

“Qubadlı və Zəngilanla bağlı irəlidə çox gərginliklər olacaq. Üçtərəfli bəyanatda bu bölgələrdən bəhs edilmirdi, çünki ərazilərin böyük qismi Azərbaycan tərəfində idi, ancaq bizdə kiçik ərazilər qalmışdı”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib.

«Bu hissədə sərhədlər dəqiq müəyyənləşməli idi. Dünən Moskvada Ermənistan və Rusiya Müdafiə nazirlərinin görüşü zamanı Zəngilan və Qubadlıdan bir yol çəkmək üçün bir neçə variant fikirləşdik. Gələcəkdə bunlardan birini seçəcəyik», — Paşinyan qeyd edib.

P.S. Ali Baş Komandanımızın məşhur bir deyimi yadıma düşdü: «Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan?..»

Bu xəbəri paylaşın: