Şanlı Ordumuzun antiterror əməliyyatları keçirməsi barədə məlumatlar var.
Aldığımız məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizinin yaxınlığında yerləşən Şuşa və Hadrut (Xocavənd) ərazilərindəki Kirsavan (Kirs), Mets Şen (Böyük Qaladərəsi) və Hin Şen (Kirov, Köhnə Qaladərəsi) yaşayış məntəqələri istiqamətində qanunsuz erməni silahlı birləşmələrinin aranması və terrorçulardan təmizlənməsi əməliyyatı həyata keçirir.
Xalq bu əməliyyatların keçirilməsini və qanunsuz hərbi birləşmələrin ölkəmizdən çıxarılmasını alqışlayır.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ölkələr arasındakı üçtərəfli razılaşmadan sonra ilk dəfə Qarabağda atəşkəsin pozulduğunu açıqlamışdı.
Qondarma “dqr” “deputatı” Ayk Xanumyan silahlı toqquşmalar nəticəsində erməni tərəfdən çox sayda yaralı və ölünün olduğunu bildirib. “Deputat” həmçinin 9 erməni yaraqlısının əsir düşdüyünü də qeyd edib.
Daha öncə Azərbaycan Silahlı Qüvvələrinin Şuşanın Mets Şen (Böyük Qaladərəsi) və Kirov (Hin Şen, Köhnə Qaladərəsi) kəndlərini işğaldan azad etdiyini yazıb.
A. Xanumyan bir neçə dəqiqə bundan əvvəl Facebook-da bu haqda paylaşım da edib
Elnur Səlim


