Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiya Xarici İşlər Nazirliyində vəzifəyə təyin olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Nərmin Şirəliyeva Rusiya XİN-in strukturlarından biri olan «Rossotrudniçestvo»nun rəhbərinin müşaviri vəzifəsinə təyin edilib.
N.Şirəliyeva indiyə kimi Moskva vilayətininin mədəniyyət naziri, qubernatorun mədəniyyət məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.
Təbrik edirik!
Bu xəbəri paylaşın:
