Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına — Sərt reaksiya

«ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını qətiyyətlə pisləyir və Türkiyə xalqı və hökumətini dəstəkləyirik”.


Fedai.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitterdə yazıb.


«ABŞ yenidən sanksiyalara meyili və beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdirir”, — o vurğulayıb.


Xatırladaq ki, ABŞ Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə ötən gün Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.

Bu xəbəri paylaşın: