Rusiya Sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradovun Araik Arutunyanla qucaqlaşması cəmiyyətdə bir mənalı olaraq Rusiyanın xislətinin mahiyyəti kimi qarşılanıb.
Xatırladaq ki, Araik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış Qondarma Dağlıq Qarabağ rejimin qondarma başçısı Araik Arutunyanın tapşırığı əsasında, 4 oktyabr 2020-ci il tarixində saat 10 radələrində Cenevrə Konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulmuşdu.
Rusiya Sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradovun Araik Arutunyanla «korona virusa meydan oxuyan» qucaqlaşması, əslində Rusiyanın bölgədəki separatizmi və terroru ğz ağuşunda bəsləməsinin ən bariz görüntüləridir. Xüsusən Qafqazdakı separatizmin yaradılması və münaqişə ocaqlarının zaman — zaman körüklənməsi Rusiya siyasətinin əsas prioriteti olmasını elə bu foto bir daha təsdiqləyir.
Elnur Səlim

