Tərtərdən yerli mənbələrdən aldığımız məlumata görə Ağdərə rayonunun Tonaşen kəndi istiqamətində qanunsuz erməni hərbi birləşmələrində hərəkətlilik müşahidə olunub. Gün ərzində müxtəlif silahlardan açılan atəş səsləri gəlib. İlkin məlumata görə qanunsuz hərbi birləşmələr ərazidə hərbi təlim keçirlər.
Ermənilər Tonaşen kəndi yaxınlığındakı «Yeknikner» adlanan hərbi birləşmələrdə yeni hərbi nəzarət və rabitə sistemləri yerləşdiriblər. Tonaşen kəndi Suqovuçanın (Madagizin) cənub qərbində yerləşir. Çox güman ki, mövqeləri rus sülh məramsızlarına öyrətmək üçün bu təlimlərə ehtiyac duyulub.
Ümumiyyətlə, buradakı erməni birliklər hərbi nəzarət və rabitə sistemlərini üç döyüş mövqeyində quraşdırıblar. Çünki Suqovuşanın alınması coğrafi üstünlüyünə görə ən alınmaz qalalarından biri alındı, ən yaxşı müdafiə sistemləri orada və Talış kəndində qurulmuşdu. Haqqında miflər uydurulan, 1 metrdən çox paneli olan 457 nömrəli postları da orada idi. Döyüşlər vaxtı düşmənin ən elit qüvvələri də ora toplamışdılar və müdafiə olunurdular. Oranın coğrafi-strateji əhəmiyyəti böyükdür. Bu yerlər azad edildikdən sonra həmin qüvvələr Tonaşendə qurulmuş istehkamlarda cəmləşdilər və bu gün də oradadırlar.

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı 4-cü bəndində deyilir: «Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir». Amma Rusiya özü yerləşməyi cəhənnəm, separatçı və terrorçuları da «qucağından yerə qoymur». Araiklə qucaqlaşan Rüstəmin hələ bu barədə bir əməli işinə rast gəlməmişik. Erməni keşişi kimi gah saxta xəritələr çəkir, gah da terrorçuların arvadlarını xankəndli adıyla bölgəyə daşıyır. Bizimkilər də ki, maşallah olsun, qalxıb “Bakı Moskvadan Rüstəm Muradovun geri çağırılmasını tələb etməlidir” tələbi irəli sürür. Güya bunun yerinə, Sarkisov, yaxud da İvanov olanda, rus faşizminin mahiyyəti gül açacaq? Bircə tələbimiz olmalıdır ki, bu münaqişənin «memarı», ilk gündən bu münaqişədə tərəf olan Rusiya ölkəmizdən rədd olub getməlidir.
Beləliklə, Azərbaycan tərəfi növbəti antiterror əməliyyatını Ağdərə rayonuna salmalıdır. Qanunsuz hərbi birləşmələrin ən iri və toxunulmamış hissələri, məhz bu ərazilərdədir və hər an təxribat törədə bilərlər. Rusiya sülh məramsızları isə bu qanunsuz hərbi birləşmələri çıxarmaq əvəzinə bu rayonda «səhiyyə xidmətiylə» ayı xidmətini sintez etməkdədir.
Xatırladaq ki, döyüşlər gedən günlərdə (4-5 noyabr) düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılmışdı.
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri


