Əgər Azərbaycan və Ermənistan istəyərsə, Rusiya sülhməramlılarının orda olma müddəti artırıla bilər.
Fedai.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.
O bildirib ki, hər iki tərəf istəyərsə, rus sülhməramlılarının sayı da artırıla bilər: “Sülhməramlıların sayının artırılması bütün tərəflərdən, xüsusilə Azərbaycandan asılıdır. Çünki biz sayla bağlı əvvəlcədən razılaşmışıq”.
Putinin sözlərinə görə, buna ehtiyac olarsa, bir yerdə ediləcək: “Əgər ehtiyac olmasa, onda etməyəcəyik”.
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması mümkündür.

Rusiya Prezidenti bu məsələnin münaqişə tərəfləri ilə müzakirə edilməli olduğunu vurğulayıb: “Rusiya sülhməramlılarının sayının artırılması mümkündür, lakin bu, tərəflərin razılığı ilə olmalıdır”.
Rusiya prezidenti hamını narahat edən «Erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaqmı?” sualına aydınlıq gətirib: «Vladimir Putin bu barədə suala cavab verdi. Üçtərəfli bəyanatda bununla bağlı qeyri-müəyyənlik var. 4-cü maddədə yazılıb:
«Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir».
Lakin Putin, bu məqamda bəyannamədəki 1-ci maddəyə istinad etdi. Orada yazılıb:
«Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar». Yəni, erməni silahlı qüvvələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalmağa davam edəcək. Putin Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu və status məsələsinin gələcəyə buraxıldığını söylədi».
Qeyd edim ki, burada 30 illər boyu «Qarabağ probleminin həlli yoxdur» nağılı ilə uyutduqları və münaqişənin həlli üçün müraciət edilən Helsinki aktının 3-cü bəndindəki: «Sərhədlərin toxunulmazlığı prinipi;» ilə 8-ci bəndindəki: «Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;» maddələrinin ziddiyyət təşkil etməsini xatırlatmaq yerinə düşərdi. Problemin mahiyyəti bu iki maddənin əksliyi üzərində, məhz Kazimirov kimi bir şovinist tərəfindən rəsmləşdirilmişdi. Həm keçmişdə, həm də indiki ziddiyəti qabardan Putin rus kələyinin üstünü açmış oldu. Sadəcə Helsinki Aktında öncə gələn maddə bizim xeyrimizə idisə, bu dəfəki bəyannamədə bu ilkinlik qanunsuz hərbi birləşmələrə verilib və bunu ruslar qəsdən ediblər.
Amma bir məqamı unudublar ki, onların bu kirli protektorat qurma oyununa qarşı, Azərbaycanın 5 dekabr 2003-cü ildə qoşulduğu «Terrorizmin qarşısının alınması haqqında» Avropa Konvensiyasını və ona qoyduğu bəyanat və qeyd — şərti — “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)” qeyd-şərti və Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın 13-cü maddəsinin 1-ci bəndinin müddəalarına uyğun olaraq, 1-ci maddədə qeyd olunmuş, siyasi cinayət hesab etdiyi cinayətlərə münasibətdə ekstradisiyaya etiraz etmək hüququnu özündə saxlayır» bəyanatı var.
Yəni beynəlxalq hüququn verdiyi bir hüququ Rusiya tez-tez unudur. Qanunsuz olaraq silahlı şəkildə sərhədləri keçib ölkəyə daxil olan hər kəs terrorçu sayılır. Hər bir Dövlət öz təhlükəsizliyini təmin etmək üçün mövcud sərhədləri daxilində istənilən məkanda antiterror əməliyyatları keçirmək hüququna malikdir. Bunu nə Rusiya, nədə Rusiyanın dədəsi II Roma-Bizans belə qadağan edə bilməz.

Rusiya Qarabağda şərik olduğu saysız soyqırımı, əmlaka yönəlmiş cinayətlərdə ortaq olduğu erməni separatizmi və terrorizmini müdafiə etməyə qalxsa bu Aktın 2-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan: «1. Razılığa gələn Dövlət, şəxsin həyatına fiziki toxunulmazlığına və ya azadlığına qarşı yönələn zorakılıq aktı ilə bağlı 1-ci maddədə göstərilməyən digər ağır cinayəti Razılığa gələn Dövlətlər arasında ekstradisiya məqsədi ilə siyasi cinayət və ya siyasi cinayət ilə əlaqədar cinayət və ya siyasi motivlərlə törədilən cinayət hesab etməmək qərarı qəbul edə bilər» maddə üzrə də «dostlarına» şəriklik edəcək. Fakt olaraq bu illər ərzində şəhid edilmiş şəxslər və faşizm üslubuyla tam xarabazara çevrilmiş «yanmış ərazilər prinsipiylə» ərazilərin dünyanın vicdanlı qisminə təqdim edilməsi yetərlidir.
Həmçinin Rusiya prezidenti, razılaşmadakı bir məqamı unudub ki, tərəflərdən biri istədikdə rus sülh məramsızları ölkəni tərk etməlidirlər. Mətndə deyilir: «Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.»
Ən yaxşı halda, «İVAN İDİ DOMOY».
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
