Təkrarlanan tarix, ibrət götürmək lazımdır…

26 noyabrdan bəri Hadrut və Şuşa meşələrində erməni terrorçularının Azərbaycan hərbçiləri və mülki şəxslərə qarşı törətdiyi qətliamlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirlərindən sonra Ermənistanın rəsmi və siyasi dairələri hay-küylə sözügedən ərazilərdə məskunlaşmış ermənilərin haqlarının qorunmasından dəm vurmağa başlayıblar. Bir neçə gün sonra həmin siyahıya Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi (keçmiş Kirov kolxozu) kəndlərindəki qanunsuz terrorçu dəstələr müşahidə edildi.

Ötən əsrin 90-cı illərində də bu kəndlərdə pasport rejiminin yoxlanmasında iştirak etmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov öz xatirələrini danışmaqla yanaşı təcrübəli döyüşçü kimi öz məsləhətlərini verdi. Bildirdi ki, sözügedən dövrlərdə Qaladərəsi və Kirov kəndləri vasitəsilə ermənilər Şuşa — Laçın avtomobil yolunu, həmçinin Şuşanın Turşsu və Laçın rayonunun Ağanus, Müsəlmanlar, Fətəlipəyə və s. kəndlərini daim təhdid altında saxlamışlar.

Elmar Hüseynov qeyd etdi ki, bu ərazilərin təhlükəsizliyini təmin etmək məqsədiylə, 1991-ci ilin may ayında Dağlıq Qarabağın erməni ekstremistlərindən, ərazilərə soxulmuş terrorçu-saqqallılardan təmizlənməsi üçün aparılan “Ümid” adlı hərbi-milis əməliyyyatı keçirdik. Həmin əməliyyatlar nəticəsində 6 nəfəri Kirov və Qaladərəsindən olmaqla, 112 nəfər erməni yaraqlısını həbs etmişdik.

Tutulanlar arasında Qaladərəsi kənd sakini, Telman adına kolxozun sədri Edik Safaryan, Qaladərəsi kənd sovetinin sədri Suren Davidyan və Kirov adına kolxozun sədri Qrişa Sarkisyan olmaqla, silahlı quldur dəstəsinin başçıları, Qaladərəsi kənd sakini, kənd sovetinin sədri Suren Davidyan da vardı.

Qaladərəsi kəndinin sakinləri Benik və Raçik Arminakoviçlər silah hazırlanması və yayılmasıyla məşğul olmalarını yaşadıqları evində silah anbarları olması sübut edirdi. Öyrəndik ki, Kirov kəndində vertolyot meydançası düzəldilib. Ermənistandan yaraqlılar vertalyotla buraya gəlirlər və silah daşıyırlar. Həmin silah-sursat ətraf erməni kəndləri arasında paylanılırdı.

Hətta məlumat almışdıq ki, Kirov kənd sakini, Telman adına kolxozun mühasibi Qaqo Qurqenoviçin Kalaşnikov avtomatı var. Bu silahla mütəmadi olaraq Şuşa rayonunun azərbaycanlılar yaşayan qonşu Göytəpə kəndini atəşə tutur.

AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova və 3 rus hərbçisi də, məhz Qaladərəsi və Kirov kəndlərindəki saqqallılar tərəfindən qətlə yetirilmişdilər.

“Molodyoj Azerbayjana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun öldürülməsində 8 nəfər iştirak etmişdi. Onlardan 3-ü İrəvan sakinləri idi. Həm də yerli sakinlər bu terror aktında fəal iştirak etmişdilər. 1990-cı il oktyabrın 21-də Kirov kəndi ilə qonşu Ağanus kəndi ərazisində mal-qara otaran kənd sakini Təvəkkül Məhərrəmovu da Salatın Əsgərovanın qatillərindən olan Arno Mkrtçyanın qətlə yetirdiyini aydınlaşdırmışdıq.

Ehtiyyatda olan polkovnik E. Hüseynov qeyd etdi ki, bu kəndlərin azad edilməsi Şuşanın təhlükəsizliyi üçün çox vacibdir. Bu gün bu ərazilərdə Azərbaycan hərbi birlikləri möhkəmlənməli və mövqelərini gücləndirməlidirlər. Əslində Qarabağda strateji olmayan yer yoxdur. Amma bu kəndlər çox strateji mövqeyə sahibdirlər və çox güman ki, rus çarizmi, hələ o vaxtlardan buraya erməniləri elə bu səbəbə görə yerləşdiriblər. Bu gün həmin işğalçıların davamçısı olan Rusiya sülhməramlıları da bu mövqelərə iddialarını ortaya qoyacaqlar. Bir şeyi də xatırladım ki, Şuşanın azərbaycanlılar yaşamış kəndləri də dərhal bizim ordunun nəzarətinə verilməlidir. Onsuz da o kəndləri erməni vandalları yandırıblar.

Elmar Hüseynov dedi ki, sadəcə Şanlı Ordumuzun və Təhlükəsizlik qüvvələrimizin birgə keçirdiyi əməliyyat məni o illərə apardı. Tarix təkrarlanır ki, biz ibrət götürək. İbrət götürməliyik və buraxdığımız səhvləri bir daha təkrarlamamalıyıq. Bu gün bizim xalqımıza verilən bir şansdır. Güclü ordumuz və cənab İlham Əliyev kimi güclü bir Liderimiz var. Allah şəhidlərimizə rəhmət eləsin!

Və müharibə veteranlarımıza uzun ömürlər versin!

Elnur Səlim

Bu xəbəri paylaşın: