Ermənilərin Bərdəyə atdığı raket nəticəsində həlak olanların fotosu «TIME» jurnalının 2020-ci il üzrə «İlin 100 fotosu»na daxil edilib — FOTOLAR

«TIME» jurnalı 2020-ci il üzrə «İin 100 fotosu»nu dərc edib.

Eurasia Diary-nin xəbərinə görə, 2020-ci ilin 100 fotosu arasında oktyabrın 28-də Ermənistan hərbi qüvvələrinin Bərdəyə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun və onun bacısının yer aldığı foto da var. 

Fotonun müəllifi «New-York Times»in fotoqrafı Ivor Prickettdir.

Xatırladaq ki, oktyabrın 28-də erməni hərbçilərinin Bərdənin mərkəzinə atdığı raket 21 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.(Eurasia Diary)

Bu xəbəri paylaşın: