Azərbaycan Belçikanın Qarabağ qətnaməsinə etiraz edib

Azərbaycanın xarici işlər naziri Belçika Parlamenti tərəfindən Azərbaycana qarşı «əsassız və qərəzli iddiaları əks etdirən qətnamə layihəsinin qəbuluna etiraz edib». Bu barədə şənbə günü Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir.

Məlumata əsasən, xarici işlər naziri Ceyhun Bayramov qətnamənin qəbul edilməsi ilə bağlı etirazını Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sophie Wilmesə çatdırıb.

«Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək» adlı qətnamə layihəsi Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı qəbul edilib.

Bu xəbəri paylaşın: