AVMVİB Nəsimi rayon şöbəsinin üzvü qazi Əbülfət Kərimov «Müharibə veteranı» Xatirə medalı ilə təltif edilib.
Bu məlumatı AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov verib.
Qazi Əbülfət Kərimovu təltif münasibətiylə təbrik edən E. Hüseynov bildirib ki, Vətən müharibəsi günlərində fəal olmuş veteranlarımızın təltifini davam etdirəcəyik.
Mərasimdə «Ata Hüquq» şirkətinin rəhbəriElnur Abbaszadə, müharibə veteranları İlham Rüstəmov və Vidadi Ağagülov iştirak ediblər.
Təbrik edirik!
Türkay
