Azərbaycanda pensiya və maaşlar artacaq

Gələn il üçün Azərbaycanda yaşayış minimumunun məbləği açıqlanıb.


Əvvəlki illə müqayisədə artım var.


Azerforum.com  xəbər verir ki, xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.


Bildirilib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur. 

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdi.

Bu xəbəri paylaşın: