Azərbaycanlılara işgəncə verən erməni HƏBS EDİLDİ

Azərbaycanlı əsirlərə işgəncə verən 51 yaşlı Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib.

Onun barəsində Azərbaycan Respublikası Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılıb.

Hakimin qərarı ilə Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinən L.Mkrtyçyan barəsində həbs qətimkan tədbiri seçilib.

Müharibə veteranları adından Azərbaycan Respublikası Hərbi prokurorluğunun bu təşəbbüsünü alqışlayırıq.

Fedai.az

Bu xəbəri paylaşın: