Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, respublikanın 50 ümumi təhsil müəssisəsində inspeksiya layihəsi həyata keçirilib.
Bu layihənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin 25-i BŞTİ-nin tabeliyindəki məktəblərdir.
2020-ci təqvim ilinin mart-may aylarını əhatə etmiş inspeksiya zamanı məktəb sənədlərinin yoxlanılması, dərslərin dinlənilməsi, mərkəzləşdirilmiş imtahanların nəticələri, müəllim, şagird və valideynlər arasında sorğuların keçirilməsi, təhlükəsizlik və sanitariya-gigiyena vıziyyətinin öyrənilməsi həyata keçirilib.
Bu xəbəri paylaşın:
