Ölkə prezidenti İlham Əliyevə ad günü münasibətiylə təbrik məktubları gəlməkdədir.

İlham Əliyev — 59
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

İlham Əliyev — 59
Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb. Məktubda deyilir:
«Hörmətli İlham Heydər oğlu.
Başa çatmaqda olan 2020-ci il Sizin üçün ağır, lakin Zəfər ili oldu. Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim. Bu, tarixi məqamdır. Şəxsən Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm. Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Qoy, 2021-ci il ölkənizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün məhsuldar və uğurlu il olsun!»

İlham Əliyev — 59
Ukraynanın Prezidenti Vladimir Zelenski. Təbrikdə deyilir:
“Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur. Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm.
Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir. Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

İlham Əliyev — 59
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.
Hörmətlə, II Abdullah
İordaniyanın Kralı

İlham Əliyev — 59
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
«Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.
Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizin vətəndaşlarının rifahı üçün qarşılıqlı maraq doğuran hər bir sahədə dostluq münasibətlərinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyimizə ümidvaram.
Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

İlham Əliyev — 59
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram. Bu ilin əvvəlində Azərbaycan və İtaliya arasındakı sıx əlaqələri daha da möhkəmləndirən dövlət səfəriniz çərçivəsində keçirdiyimiz görüşü xüsusi məmnunluq hissi ilə xatırlayıram. İnanıram ki, Cənub Qaz Dəhlizinin yaxın zamanlarda tamamlanması ilə bir daha öz təsdiqini tapan ölkələrarası əlaqələrimiz geniş və səmərəli əməkdaşlığımızın mövcud olduğu bütün sahələrdə yeni bir impuls qazanacaq.
Sizə dostcasına ən səmimi təbriklərimi çatdırır, özünüzə və ailənizə rifah arzu edirəm.
Hörmətlə, Sercio Mattarella
İtaliya Respublikasının Prezidenti

İlham Əliyev — 59
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Kremlin məlumatında Rusiya liderinin İlham Əliyevə doğum günü münasibətilə təbrik teleqramı göndərdiyi də qeyd olunub
