Qərb və Şərq qarşıdurması?

Qurban VAHİDOV

Tədqiqatçı-araşdırmaçı, analitik

Bir neçə illik spesifik şərqşünaslıq, mədəniyyətşünaslıq, tarixi və fəlsəfi tədqiqatlar nəticəsində əldə etdiyim nəzəri nəticələrimi oxuculara əbədi «Şərq — Qərb» mövzusuna yeni bir baxışla bu məqalədə təqdim etməyə qərar verdim. Onların indiki təqdimetmə forması «tarixin sonu» və ya «sivilizasiyaların toqquşması» qiyamət seçimi ilə üzləşən müasir dünyada bu məsələnin dramatik aktuallaşdırılması ilə əlaqədardır.

Bu gün, bir çox əsrlər əvvəl olduğu kimi, Şərq xalqları ilə Qərb xalqları arasında da böyük bir boşluq var və bu, müasir dünyanın xarakterik xüsusiyyətlərindən biridir. Məsələ yalnız Amerika Birləşmiş Ştatlarının, Rusiya Federasiyasının, Fransanın İraqda, Suriyada, Afrika qitəsində hərbi əməliyyatları və ya beynəlxalq terrorizmə qarşı bədnam mübarizə, Qarabagda separatizmi, terroru və işgalı müdafiə kimi açıq, açıq qarşıdurmada deyil. Qarşıdurma, bir tərəfdən mühafizəkar və ənənəni şərəfləndirən Şərq ilə digər tərəfdən Qərbin antidünyəvi və texnokratik sivilizasiyası arasında daha dərin, sosial-mədəni səviyyədə baş verir.

XX əsrin 50 və 60-cı illərin qovşağında ABŞ və Qərbi Avropada “böyük seksual inqilab baş verdi”. Bu həqiqətən də xarakterinə görə böyük inqilab idi. Baş vermiş inqilab dramatik şəraitdə mənəvi, mədəni, sosial sistem dəyərlərinə zərbə vurdu və insanların seksual davranışlarında köklü dəyişikliklərə gətirib çıxardı.

Nəticədə qlobal Qərb sivilizasiyası XXI-ci əsrin əvvəllərinə avropa və şimali amerika mədəniyyətlərinin qalıqlarını əsaslı olaraq həzm etdi.

Qərbdə davam edən yarıməsrlik seksual inqilab Amerika və Avropada xristianlığın və dinin böhranlı çöküşünün simptomik göstəricisi oldu.

Qərb sivilizasiyası-artıq xristian sivilizasiyası deyildir. Məhz 60-cı illərin böyük “seksual inqilabı” prinsip etibarı ilə yeni tip bütpərəstliyin formalaşması üçün əsas addım oldu.

Keçən əsrin 60-cı illərində elitar qərb mətbuatlarında “islamın dirçəlişi” haqqında həyəcanlı, politoloji tədqiqatlar görünməyə başladı. 73-75-ci illərdə dünya neft böhranı İslam dünyasına qarşı siyasi, iqtisadi, mədəni, ideoloji, hərbi təyziqləri gücləndirdi. Dünya siyasi xəritəsindən Sovet İttifaqının silinməsindən sonra pressinqlər yeni fazaya keçdi. 90-cı illərin əvvəllərində Qərbin SSRİ üzərində qəti qələbəsi müzakirə olunan NATO sammitində, “dəmir ledi” Marqaret Tetçer yanında əyləşən Türkiyənin keçmiş Baş Naziri Nəcməddin Ərbakana dönərək dedi: “Növbəti siz olacaqsınız”. Siz-yəni islam dünyası. Ərbakan o dövrdə qlobal islam həmrəyliyi mövqeyi ilə tanınırdı. Artıq 1992-ci ilin payızında Qərb siyasi təcavüzə keçərək, Əlcazairdə kobud və qanunsuz olaraq parlament seçkilərini ləğv etdirdi və minlərlə müsəlmanın ölümünə səbəb vətəndaş müharibəsi törətdi.

Qərb sivilizasiyasının ali isteblişmenti üçün əsas problem “islam fundamentalizmi”, “radikalizm” və yaxud “eksterizm” deyil, məhz dünyəvi din olan islamdır. “Sivilizasiyaların toqquşması” adlı məşhur kitabında S.Xantinqton qərb sivilizasiyasının islam dünyası ilə qarşıdurmasını proqnozlaşdırır və cox maraqlı olan əlavə edir: “Qərb üçün əsas problem-islam fundamentalizmi deyildir. Bu ayrı sivilizasiya olan-islamdır”. R.Payps öz növbəsində: “İslam ilə müasir iqtisadi məsələlər konfliktinin kəskin olması” haqqında qeyd edir.

Sivilizasiyaların toqquşmasının qarşısıalınmaz olması haqqında ideoloji əsaslandırmalardan sonra ABŞ-da sifariş olunmuş kimi iki qüllə partladılır və hansısa “ərəb terrorçuları” günahlandırılır, əhalinin sıx olduğu ərazidə QURAN nümunələri aşkarlanır. Bu fürsətdən yararlanan qərb dünyası başda Amerika olmaqla Xaçlı yürüşləri dövründə olduğu kimi müsəlman dünyasına hücüma keçir. İrak və Əfqanıstan işğal edilərək zəbt edilir, hərbi müdaxilə

təhlükəsi İran və Suriyanı təhdid edir. Türkiyəyə ideoloji, iqtisadi və siyasi təyziqləri günü-gündən artırırlar. İslamofobiya təhlükəsi dalğası əsas qərb ölkələrini əhatə edir, C.Buş “islam terroruna uzunmüddətli müharibə” elan edir. İslam dünyasına qarşı genişmiqyaslı hücum XXI əsrin başlanğıcının reallığıdır.

İslam dünyasına elan edilmiş müharibənin məna və məzmunu “Böyük Yaxın Şərqin demokratikləşdirilməsi” adlı uzunmüddətli proqramda öz əksini tapmışdır. Qərbin istəyi real olan, ancaq “qane etməyən İslamı”, “liberal islam”, “demokratik” və “yaxşı islam” formasına sürükləmək, mövcud olan “pis Quranı”, amerika Universitetlərində redaktə edib, islam dünyasını parçalayaraq onun əsas hissələrini (neft və təbii sərvətlərlə zəngin olan) qərb sivilizasiyasının tərkib hissəsinə çevirsin. Proqram “Rend korporeyşn” şirkətinin “11.09.2001-ci ildən sonra Müsəlman dünyası” adlı məruzəsində geniş əksini tapmışdır.

İqtisadi baxımdan inkişaf etmiş qərb ölkələrində 1960-cı illərə əhalinin sayı 750 milyona çatdı. Növbəti 40 il ərzində (xatırladım ki, 60-cı illərin seksual inqilab dövrünü əhatə edir) əhali artımı faktiki olaraq dayandı və əhalinin azalma prosesi başlandı. 47 Avropa ölkəsindən, ancaq müsəlman Albaniyası 2000-ci ilə qədər əxlaqın qorunması ilə bərabər yüksək doğum səviyyəsi də nümayiş etdirdi. Digər Avropa ölkələri isə doğum səviyyəsinə görə faciəvi vəziyyətdə olmuşlar.

1980-ci illərdə avropa mənşəli insanlar dünya əhalisinin 4/1; 2000-ci illərdə artıq 6/1; 2050-ci ilə 10/1 təşkil edəcəkdir. Hal-hazırki demoqrafik vəziyyət eyni olarsa və immiqrasiya nəzərə alınmazsa Avropada XXI-əsrin sonunda 207 million əhali yaşayacaqdır. Bu günki 82 milyon Almaniya əhalisindən 2050-ci ilə 50 milyon insan qalacaqdır, 2100-ci ilə isə bu rəqəm 38,5 milyon azalacaqdır. İtaliya əhalisi yüz illiyin sonuna 41 milyona qədər, İspaniya əhalisi 4/1 qədər, ümumi Avropa üzrə isə 3/2 hissəsinə qədər azalacaqdır.

Müvafiq demoqrafik qruplar arasında da dramatik dəyişikliklər baş verəcəkdir. Avropada 2000-ci ilə 15 yaşdan 65 yaşa qədər 494 milyon insan yaşayırdı. 2050-ci ilə onların sayı 365 milyona qədər enəcəkdir. 50 il ərzində işləyənlərin və təqaüdçülərin nisbəti 5:1-dən, 2:1 dəyişəcəkdir. Əhalinin sürətlə qocalması inkişaf etmiş ölkələrin büdcələrinə yüksək gərginlik gətirəcək və 20-30 ildən sonra avropa iqtisadiyyatı katastrofik aqibət ilə üzləşə bilər. Mövcud həyat səviyyəsinin qorunması üçün (labüd sosial və siyasi kataklizmlər qorxusu vardır) Avropa cəmiyyəti ölkələri kəskin şəkildə immiqrant axınını artırmalıdırlar. Hal-hazırda onların əksər hissəsini müsəlmanlar təşkil edir.

İmmiqrant-müsəlmanların axınına qarşı siyasi, hüquqi və mədəni müqavimətin olmasına baxmayaraq Avropa və ümumilikdə Qərbdə onların sayı artır. Hal-hazırda Fransada-5,8 milyon islam ardıcılları, Böyük Britaniyada-1,6 mln, ABŞ-da 7 mln, İtaliyada-1 mln, Almaniyada-1,5 million və s. Ümumilikdə Avropa İttifaqında 15 milyon müsəlman yaşayır, 2015-ci ilə onların sayı artaraq 40 milyona qədər yüksələcəkdir.

Əhali artımının dinamikası Avropa üçün işçi qüvvəsinin hasil etməsinə imkan vermir. Avropa ölkələrinə immiqrasiya axını-avropa elitasının xoş niyyətli, alturizm və yaxud müsəlman cəmiyətinin sosial problemlərinin həlli deyil, Qərbin rəhmsiz, eqoistik tədbirləridir. İslama ehtiyatla yanaşan Avropa İttifaqının ekspertlərindən birinin etiraf etdiyi kimi: “Qərb dünyasının iqtisadiyyatı əsasən müsəlman əhalisinin axını səbəbində çiçəklənir”.

http://panarin.com/diplomat/

Rusiya Federasiyasında demoqrafik vəziyyət daha da pisdir. Birinci növbədə qeyd etmək lazımdır ki, obyektiv olaraq Rusiya sosial-iqtisadi, informasiya və sosisal-mədəni məkanda qlobal qərb dünyasının bir tərkib hissəsi olmuşdur. Rusiyanın öz-özünü sağaltma problemi kəskin olaraq qalmaqdadır. 1961-ci ildə yeni kommunist versiyalı “istehlak cəmiyyəti” proqramının qəbulu Sovetlər İttifaqının de-fakto qərb sivilizasiyasına inteqrasiyasının başlanğıcı oldu. Son on iilər ərzində “rus milli ideyasının” əzablı axtarışı da nəticəsiz qalmaqdadır. Qlobal Qərb bazarına və informasiya sahəsinə inteqrasiya olunaraq qərbin maddi və mədəni dəyərlərini mənimsəyən Rusiyaya “milli ideya” artıq lazım deyildir. İkincisi Rusiyada davam edən sisrem böhranı, obyektiv olaraq demoqrafik və neqativ prosesləri dərinləşdirir.

Rusiya Federasiyasında əhali sayının azalması ilə yanaşı, əmək qabiliyyətli insanların sayı da azalır. 2011-ci ilə ölkədə işçi qüvvəsi azlığını kompensasiya etmək üçün leqal miqrasiyanı 700 mindən-1 milyona qaldırılması vacib olacaqdır. Artıq 25 ildən sonra Rusiyanın həyat fəaliyyətli olması üçün ildə 5 milyon miqrant tələb olunacaqdır.

(Ardı var)

P.S. Məqalə 2010-cu ildə yazılmışdır.

Bu xəbəri paylaşın: