Kəlbəcərdən Göyçəyə gedən gizli tunelin görüntüləri yayılıb.
Pravda.az xəbər verir ki, iddiaya görə bu tunelu ruslar qizil axtararkən qazıb. Görüntüləri çəkən hərbçimiz tunelin çox təhlükəli olmasına baxmayaraq ayaqyalın, buz kimi suda ayağını çınqıl daş kəssə də 1 km-ə yaxın ərazini tərəddüdsüz qət etdiyini söyləyir.
P.S. Bu çox güman ki, geoloji-kəşfiyyat xarakterli qızıl filizi damarlarının tapılması məqsədiylə qazılıb. Belə tunellər adətən qızıl və s. geoloji-kəşfiyyat axtarışları ilə bağlı və dərinlikdəki filizlərin öyrənilməsi məqsədiylə qalır. Ermənilərin bu tunellərdən başqa məqsədlər üçün istifadə etməsinin izləri görünmür. Çünki dərinlikdəki sular asanlıqla bayıra çıxarıla bilərdi.
