Hülusi Akardan Qarabağa gələcək hərbçilərlə bağlı açıqlama

“Bizim heyətimiz Azərbaycandadır. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim heyətimiz orada fəaliyyətə başlayacaq”.

Oxu24.com -un  xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar NTV telekanalına müsahibəsində deyib.

“Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər”, — deyə türkiyəli nazir vurğulayıb.

Bu xəbəri paylaşın: