
RASİM Abdullayev
DAĞLAR…
Bir parça bayatı, bir parça layla,
Ver… Tərtər gətirsin arana, dağlar.
Bir az da göz yaşı göndərin mənə,
Sizi and verirəm Qurana, dağlar.
Bu ocaq köz salıb hisi ta çıxmır,
Bu necə itkidir yası ta çıxmır.. ?!,
O qədər hönkürüb səsi ta çıxmır,
Körpəsin itirən bir ana, dağlar.
Rasiməm, sevincim könlümdən getdi,
Can candan ayrıldı, əl əldən getdi,
Perikdi yurdundan el eldən getdi,
Axır ki, qaldınız virana, dağlar.

Allah şəhidlərimizə rəhmət eləsin!
Məkanları cənnət, namları uca olsun!
Bu xəbəri paylaşın:
